22 C
Baku
Thursday, May 9, 2024

Macarıstan forintinin ucuzlaşması əcnəbilərin ölkədəki daşınmaz əmlaka marağını artırıb

Macarıstan forintinin ucuzlaşması xarici sərmayədarların bu ölkədə daşınmaz əmlaka marağının artmasına səbəb olub.

Milli valyutanın məzənnəsi zəiflədikcə əcnəbilər Macarıstanın daşınmaz əmlakına daha çox sərmayə qoyurlar. Cəmi bir neçə ay ərzində forint avroya münasibətdə dəyərinin 10 faizini itirərək Macarıstanın daşınmaz əmlakını əcnəbilər üçün (həmçinin xaricdə işləyən macarlar üçün) xeyli ucuzlaşdırıb.

Əgər 2021-ci ildə daşınmaz əmlakın cəmi 0.5 faizi avro ilə qiymətlərlə siyahıya alınmışdısa, indi bu göstərici 1.5 faizə yüksəlib.

Bir neçə ay ərzində dəyərin 10 faiz dəyişməsi bir çox xarici vətəndaşın diqqətini çəkib. Onların marağı xüsusilə avronun qiyməti 400 forintə qalxdıqdan sonra artıb.

Forint mayın sonunda sürətlə ucuzlaşmağa başlayıb və iyunun 13-də bir avro üçün 400 forint psixoloji həddi keçib. “ingatlan.com” daşınmaz əmlak saytının hesabatına görə, may-iyun ayları dövründə Macarıstan əmlakını almaqda maraqlı olan xarici vətəndaşların sayı 30 faiz artıb.

Portalın təhlilinə görə, avro ilə satışa çıxarılan obyektlərin ən çoxu ölkənin qərb sərhədi boyunca, Balaton gölünün yaxınlığında və Budapeştdə yerləşir.

Eyni zamanda, məsələn, Somod dairəsində iyunda bütün elanların 2.1 faizi avro ilə təqdim edilib.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər