15 C
Baku
Tuesday, April 16, 2024

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib.

Macarıstan parlamenti bundan əvvəl Konstitusiya Məhkəməsinə rəhbərlik etmiş Tamaşa Şuyoku ölkənin yeni prezidenti seçib.

Yaz sessiyasının ilk günündə yeni prezidentin seçilməsi baş tutub. Belə ki, 67 yaşlı Şuyok namizədliyi hakim partiyalar olan FİDES – Macarıstan Vətəndaş Birliyi və onların partnyorları, parlamentdəki 199 yerdən 135-nə sahib olan Xristian Demokratlar koalisiyası tərəfindən irəli sürülüb.

Səsvermə zamanı bütün hökumətyönlü deputatlar Şuyoku dəstəkləyiblər və bu, onun birinci turda qələbəsini təmin edib.

Qeyd edək ki, Macarıstan parlamenti Prezident Katalin Novakın istefasını qəbul edib. Novak istefasını fevralın 10-da pedofiliya cinayətində iştirak edən şəxsin əfv olunması ilə bağlı qalmaqal fonunda elan edib. O, bağışlanmaz səhv etdiyini bildirib və vəzifəsindən getmək qərarına gəlib. Parlamentin iclasında çıxış edən Baş nazir Viktor Orban ona gördüyü işlərə görə təşəkkür edib.

Son xəbərlər
Digər xəbərlər