21 C
Baku
Friday, April 26, 2024

Macarıstan Rusiyanın 870 milyon avro aktivlərini dondurub

Macarıstan bu il noyabrın 25-nə qədər müddət ərzində Rusiyanın təxminən 870 milyon avro dəyərində aktivlərini dondurub.

Bu barədə Macarıstanın “Nepszava” nəşri yazıb.

Həmçinin qeyd olunub ki, rəsmi Budapeşt Brüsselə noyabr hesabatından əvvəl cəmi 3000 avro Rusiya aktivinə həbs qoyulduğunu bildirib.

“Son məlumatlara görə, İtaliyada 2.3 milyard avro, Almaniyada 2.2 milyard avro, Avstriyada təxminən 1.8 milyard avro, Bolqarıstanda 11.3 milyon avro, Çexiyada 10.8 milyon avro, Slovakiyada 4.9 milyon avro məbləğində Rusiya aktivləri dondurulub”, – nəşr vurğulayıb.

Macarıstan hakimiyyəti Ukraynaya yardım üçün nəzərdə tutulan 18 milyard avrodan vetonu götürməklə Avropa İttifaqından Macarıstana ayrılan dondurulmuş vəsaitinin aktivləşdirilməsinə nail olub.

Xatırladaq ki, Macarıstan dəfələrlə Rusiyaya qarşı sanksiyaların və Ukraynaya dəstəyin qarşısını alıb.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər