1 C
Baku
Saturday, December 14, 2024

Macarıstan şirkəti Şahdəniz layihəsinə iştirakçı kimi daxil olur

Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsinin daha da artırılması üçün potensial var.

bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib:

“Ötən il iki ölkə arasında ticarət dövriyyəsində önəmli artım var, amma bunun artırılması üçün potelsial var. Danışıqlar zamanı biz hansı istiqamət üzrə əməkdaşlığın artırıla biləcəyini müzakirə etdik”, – nazir deyib.

Uzunmüddətli əməkdaşlıq barədə danışan XİN rəhbəri xatırladıb ki, Macarıstanın ən böyük enerji şirkəti olan MOL Azəri-Çıraq-Günəşli layihəsində 9.57%, Bakı-Tbilisi-Ceyhan layihəsində 8.9% paya malikdir.

Nazir xatırladıb ki, Cənubi Qaz Dəhlizi layihəsinin bitməsi ilə Azərbaycan qazı Avropaya bazarına çıxması ilə Macarıstanla danışıqlara başlanıldı və sevindirici hal odur ki, fiziki olaraq Azərbaycan qazı artıq Macarıstana çatır:

“Eyni zamanda biz Macarıstanla birlikdə Həmrəylik həlqəsi deyilən, Avropanın bir çox ölkələrini əhatə edən, daxili boru xətlərinin vahid sistemini yaradan layihədə birlikdə iştirak edirik. Hesab edirik ki, həmin layihənin reallaşması Azərbaycan qazının bir sıra Avropa ölkələrinə daha rahat çatmasına şərait yaradacaq”, – C.Bayramov deyib.

XİN rəhbəri vurğulayıb ki, ən son xəbər ondan ibarətdir ki, Macarıstan şirkəti Azərbaycanın ən böyük qaz layihəsi olan Şahdəniz yatağında da iştirakçı qismində olacaq.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər