8 C
Baku
Thursday, December 12, 2024

Maduro Avropa Parlamentinin deputatlarını ölkəyə buraxmadı

Venesuela hökuməti Avropa Parlamentinin nümayəndə heyətini ölkəyə buraxmayıb.

Bu barədə Avropa Parlamentinin nümayəndəsi Esteban Qonsales Pons danışıb.

“Bizi Venesueladan çıxarırlar. Pasportumuzu aldılar” – o, ölkəyə girişin qadağa olunmasının səbəbini açıqlamayıb.

Onun sözlərinə görə Avropa Xalq Partiyasının bir neçə üzvü “müvəqqəti” prezident Xuan Quaydo ilə görüşəcəkmiş.

Məsələ ilə bağlı açıqlama verən Venesuela xarici işlər naziri Xorrxe Arreasa deyib ki, ölkəyə girişin qadağan olunması barədə deputatlar səfərdən bir neçə gün əvvəl diplomatik kanallar vasitəsilə xəbərdar edilmişdilər.

Son xəbərlər
Digər xəbərlər