27 C
Baku
Saturday, July 27, 2024

Maduro Venesuelanın hər zaman ABŞ-la dialoqa hazır olduğunu bildirib

“Venesuela hökuməti ABŞ rəhbərliyi ilə hər zaman dialoqa başlamağa hazırdır”.

TASS agentliyinin verdiyi məlumata görə, bu fikri bazar günü Venesuela Prezidenti Nikolas Maduro dövlət televiziyasına müsahibəsi zamanı deyib.

Maduro bildirib ki, ABŞ-da prezident seçkilərdə kimin qalib gələcəyindən asılı olmayaraq, Ağ Evə rəhbərlik edəcək hər kəslə dialoqa hazırdır: “Gözləyək və amerika xalqının nə qərar verəcəyini görək”.

Prezident əlavə edib ki, rəsmi Karakas və Vaşinqton arasındakı münasibətlərə yenidən baxılmalıdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər