19 C
Baku
Saturday, May 25, 2024

Magistraturaya qəbul imtahanı bu tarixdə keçiriləcək

“Magist” jurnalının 2 nömrəli buraxılışı nəşr edilib.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, jurnalda ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri dərc edilib.

Jurnalda, həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, DİM-in saytında isə müvafiq audiofayllar yer­ləşdirilib. İstifadəçilər hər bir fənn üzrə jurnalda verilən «QR»kodu skan etməklə müvafiq audiofayl yerləşdirilmiş səhifəyə birbaşa keçid edə bilər və bu audiofayla qulaq asmaqla verilən tapşırıqları yerinə yetirə bilərlər.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının (I cəhd) 2023-cü il fevralın 19-da keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək istəyənlərin elektron sənəd qəbulu yanvarın 24-dən fevralın 9-dək aparılacaq.

Bakalavrların nəzərinə çatdırırıq hazırda onlar otk.az portalına daxil olub, DİM tərəfindən hazırlanmış imtahan modelinə uyğun onlayn sınaq imtahanında iştirak edə bilərlər.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər