“Ermənistan tərəfindən Azərbaycana qarşı hər cür hücumlar qarşıyıq. Bundan öncə necə azərbaycanlı qardaşlarımızla bərabər olduqsa, bundan sonra olmağa davam edəcəyik. Azərbaycanlı qardaşlarımız birgə və bərabərik”.
Makedoniya Türk Hərəkat Partiyasının lideri, Makedoniya Parlamentinin üzvü Enes İbrahim Azərbaycana dəstək verən açıqlama yayıb.
Enes İbrahim Azərbaycanın haqlı mübarizə apardığını və tarixi ədalətsizliyi aradan qaldırdığını qeyd edib.
“Bölgədə beynəlxalq hüququn və ədalətin bərqərar olunması üçün Azərbaycan hərəkətə keçib. Çünki Ermənistan Qarabağda cinayətkar separatçı rejim yaradıb. Orada istədikləri hərəkətləri edirlər. Qarabağ rejimi dünyaya təhdiddir. Ermənistan ordusu Azərbaycanın dinc insanlarına güllə atırlar. İnsanlar həlak olurlar. Həm də Qarabağı gələcək nəsillərə qoymaq olmaz. Bu gün güclü və modern Azərbaycan ordusu işğalçı Ermənistan ordusunu tam zərərsizləşdirir”,- deyə Enes İbrahim vurğulayıb.