21 C
Baku
Monday, May 20, 2024

Makron: “Fransa Rusiyaya nüvə silahı ilə cavab verməyəcək”

“Rusiya Ukraynaya taktiki nüvə silahı ilə zərbə endirsə, Fransa buna nüvə silahı ilə cavab verməyəcək”.

Bunu Fransa Prezidenti Emmanuel Makron “France 2” telekanalının efirində Rusiya ilə nüvə qarşıdurması barədə danışarkən deyib.

“Doktrinamız millətin əsas maraqlarına əsaslanır. Onlar dəqiqliklə təyin olunub və məsələn, regionda, Ukraynada ballistik nüvə hücumu baş verərsə, bu, onlara birbaşa təsir etməyəcək”, – deyə Makron qeyd edib.

Onun sözlərinə görə, bu barədə həddindən artıq çox danışmaq yaxşı deyil.

MənbəQafqazinfo
Son xəbərlər
 ⁠
Digər xəbərlər