9 C
Baku
Sunday, November 17, 2024

Makron, Şolts və Draqi qatarla Ukraynada səfər ediblər

Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və İtaliyanın Baş naziri Mario Draqi Ukraynaya səfər ediblər, Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

Siyasətçilər səhər saatlarında paytaxta çatıblar və orada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməlidirlər. Danışıqlar Avropa Komissiyasının Ukraynanın Aİ-yə üzvlük perspektivi ilə bağlı yekunları təqdim etməzdən bir gün əvvəl baş tutacaq.

Qeyd edək ki, Makron, Şolts və Draqi Rusiya müharibəyə başlayandan bəri Ukraynaya səfər etməyiblər.

Aprel ayında BMT-nin baş katibi Antonio Quterreş Moskvaya, daha sonra isə Kiyevə səfər edib. Onun səfərindən sonra danışıqlar intensivləşdirilib və BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Mariupoldakı “Azovstal” zavodundan mülki şəxslər təxliyə edilib.

Son xəbərlər
Digər xəbərlər