30 C
Baku
Thursday, June 20, 2024

Makronun istefası və ət qadağası: “Saxo Bank”ın 2023-cü il üçün şok proqnozları

Danimarkanın “Saxo Bank”ı hər il qlobal iqtisadiyyatın və bazarların gələcəyi ilə bağlı “şok proqnozlar” verir. Bu dəfə analitiklər qızılın qiymətinin kəskin artacağını, Fransa prezidentinin istefasını və Avropa İttifaqının öz ordusunun yaradacağını proqnozlaşdırıblar.

Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

“Saxo” ekspertlərinin fikrincə, aşağı faiz dərəcələrinin bərabərlik, müstəqil mərkəzi banklar və bərpa olunan enerji mənbələri üzərində qurulmuş ahəngdar dünya xəyallarını gücləndirdiyi günlər geridə qalıb. Dünya iqtisadiyyatı “müharibə iqtisadiyyatı” rejiminə keçəcək və suveren iqtisadi faydalar qloballaşmadan daha vacib olacaq.

1. Milyarderlər bir trilyon dollarlıq enerji layihəsini həyata keçirmək üçün birləşəcəklər

2023-cü ildə böyük texnologiya şirkətlərinin sahibləri və digər milyarderlər enerji tədqiqatı layihəsi üçün 1 trilyon dollardan çox pul toplayacaq “Third Stone” adlı konsorsium yaratmaq üçün birləşəcəklər. “Saxo Bank”ın ekspertləri bunun ABŞ-da ilk atom bombasını yaradan “Manhetten layihəsi”ndən sonra ən böyük tədqiqat layihəsi olacağını vurğulayırlar.

Belə ki, yaxın onilliklərdə rəqəmsal iqtisadiyyat üçün zəruri olan məlumat mərkəzləri dünya enerjisinin təxminən 20%-ni istehlak etməyə başlaya bilər. Eyni zamanda, enerji artımı potensialı məhdud görünür: hasil edilən yanacaq ekoloji cəhətdən təmiz deyil, alternativ enerji mənbələri isə etibarsızdır.

“Third Stone” ilə tərəfdaşlıq edən və onun konsepsiyasını həyata keçirməyə dəstək olan şirkətlər zəif investisiya mühiti şəraitində nəzərəçarpacaq dərəcədə böyüyəcəklər.

756703407767061

 

2. Fransa prezidenti Emmanuel Makron istefa verəcək

“Saxo Bank”ın analitikləri hesab edirlər ki, Emmanuel Makron 2023-cü ilin əvvəlində birdən-birə vəzifəsini tərk etmək qərarına gələrək və təhsil startapı qurmaq kimi həyati arzusunu həyata keçirməklə məşğul olacaq.

2022-ci ilin mayında, ikinci prezidentlik müddətinin başlanğıcında Makron daxili siyasətdə islahatlar planlaşdırsa da, 2022-ci ilin iyununda keçirilən qanunvericilik seçkilərindən sonra onun partiyası və müttəfiqləri parlamentdə mütləq çoxluğu itiriblər və bu, prezidenti güclü müxalifətin təzyiqi altında güzəştə getməyə məcbur edib.

Nəticədə, sarsıntılar avronun dəyişkənliyini artırsa da, uzunmüddətli perspektivdə böhran hissi yeni rəhbərlik altında daha geniş anti-populist koalisiyanın formalaşmasına kömək edəcək.

756703270760735

3. Qızılın bir unsiyası 3 min dollara qədər yüksələcək

2023-cü ildə qızılın spot qiyməti bir unsiya üçün 3000 dollardan yuxarı olacaq. Mərkəzi banklar və bazarlar inflyasiyanın bir neçə il sonra hədəf səviyyələrə qayıtmasını gözləyir. Güclü dollar fonunda investorlar ABŞ Xəzinədarlığının 5 illik istiqrazları üzrə 4%-dən çox gəlir əldə edəcək.

Bununla paralel olaraq, Çinin COVID-19-a qarşı sıfır tolerantlıq siyasətini yumşaltacağı gözlənilir. Əmtəələrə tələbin artması nəticəsində inflyasiya ABŞ valyutasının getdikcə zəifləməsi fonunda yüksələcək.

Proqnoza əsasən, qızılın bir unsiyası 2075 dollar səviyyəsini keçəcək və 2023-cü ildə ən azı 3 min dollar təşkil edəcək.

756703270828014

4. Avropa İttifaqı öz silahlı qüvvələrini formalaşdıracaq

2023-cü ilə Avropa İttifaqı ölkələri 2028-ci ilə qədər Aİ silahlı qüvvələri yaratmağa qərar verəcək, hansı ki növbəti 20 il ərzində 10 trilyon dollar dəyərində maliyyə dəstəyi alacaq.

Təşkilat yeni silahlı qüvvələrini maliyyələşdirmək üçün istiqraz buraxacaq və bu istiqrazlar ittifaqın hər bir üzvünün ÜDM-si əsasında maliyyələşdiriləcək. Bu, böyük investisiya artımı sayəsində avronun güclü bərpasını stimullaşdıracaq.

756703270885653

5. 2030-cu ilədək ölkələrdən biri ət istehsalını qadağan edəcək

2023-cü ildə ən aqressiv iqlim siyasəti uğrunda yarışda lider olmaq istəyən ölkələrdən ən azı biri 2025-ci ildən başlayaraq ətə yüksək vergilər tətbiq edəcək və 2030-cu ilə qədər heyvan əti istehsalına tamamilə qadağa qoyduğunu elan edəcək.

Amerikanın qida emalı korporasiyası olan “Tyson Foods” kimi şirkətlərin səhmləri laboratoriyada istehsal edilən və ya ətraf mühitə zərər verməyən şəkildə yetişdirilən ətə investisiya etməyə başlayana qədər kəskin şəkildə dəyər itirəcək.

756703273290022

6. Böyük Britaniya “Brexit”in ləğvi ilə bağlı referendum keçirəcək

2023-cü ildə Böyük Britaniyanın Baş naziri Rişi Sunak və maliyyə naziri Ceremi Hantın hərəkətləri səbəbindən mühafizəkarların populyarlığı ən aşağı səviyyəyə düşəcək və onların sərt maliyyə siyasəti Böyük Britaniyanı sarsıdıcı tənəzzülə sürükləyəcək.

İqtisadi çöküş fonunda keçirilən sorğular vətəndaşların “Brexit”in müdrikliyinə şübhə etdiyini göstərəcək. Əvvəlcə gənc nəslin böyük əksəriyyəti Aİ-dən çıxmağa qarşı çıxacaq: 18-24 yaşlı gənclərin 80%-dən çoxu ölkənin Aİ-də qalmasına səs verəcək.

2022-ci ilin əvvəlində maliyyə xidmətləri sektorunda gözlənilən stimul əsasında funt sterlinq avroya qarşı 10%, İsveçrə frankına qarşı isə 15% bahalaşacaq.

756703277108249

7. OPEC+, Çin və Hindistan BVF-dən çıxıb ticarətdə yeni ehtiyat valyutadan istifadə edəcəklər

Beynəlxalq ticarətdə əməliyyatların üçdə birindən çoxu dollarla aparılır, eyni zamanda dünya valyuta ehtiyatlarının 60%-i dollarda saxlanılır. Rusiyaya qarşı misli görünməmiş sanksiyalar ABŞ-ın hərbi müttəfiqi olmayan ölkələri şoka salıb.

Ştatlar özlərinin ABŞ dolları, avro, yen və funt sterlinqdəki aktivlərinin ABŞ hakimiyyəti və müttəfiqləri tərəfindən qəfil dondurulub-dondurula biləcəyi ilə maraqlanmağa başlayıblar. Yuan yəqin ki, yeni ehtiyat valyutaya çevrilə bilər, lakin Çinin özü valyuta nəzarətini zəiflətməyə çalışmır və bir çox başqa ölkələr Çinin gücünün və təsirinin artmasından ehtiyatlanır.

Çox güman ki, Çin və onun bir çox ticarət tərəfdaşları üçün uyğun həll yolu heç bir ölkəyə aid olmayan yeni ehtiyat valyutadan istifadə etmək olardı. Astana konfransında OPEC+, Çin, Honkonq, Hindistan, Braziliya, Pakistan, Cənubi Asiya dövlətləri və Afrika İttifaqının onlarla ölkəsinin liderləri yeni ehtiyat valyuta yaratmaq üçün bir araya gələcək.

Birliyə daxil olmayan ölkələrin mərkəzi bankları dollar ehtiyatlarını xeyli azaldacaq. ABŞ Xəzinədarlığının gəlirliliyi kəskin artacaq və dollar bankora keçən ölkələrin valyuta səbəti qarşısında 25% ucuzlaşacaq.

756703273223253

8. Yaponiya valyutasının məzənnəsi bir dollara qarşı 200 yenə yüksələcək

Yaponiya sərbəst pul siyasətini davam etdirəcək və mənfi faiz dərəcələrini olduğu kimi saxlayacaq. Bununla belə, 2023-cü ildə qlobal likvidlik böhranı səbəbindən Yaponiya maliyyə sistemi və yen üzərində təzyiq artacaq.

Dollar əvvəlcə 160, sonra 170, sonra isə 180 yenə kimi bahalaşacaq. Bunun ardınca hökumət və Yaponiya Mərkəzi Bankı daha bir neçə tədbir görəcək. Beləliklə, Yaponiya tənzimləyicisi mənfi dəyərlərdən illik 1%-ə, 10 illik dövlət istiqrazlarının gəlirliliyi isə 2%-ə yüksələcək.

756703336051188

9. Qiymətlərə nəzarətin gücləndirilməsi

2023-cü ildə Ukraynadakı vəziyyət və inflyasiyanın artması fonunda bütün dünya hökumətləri qiymətlərə nəzarəti genişləndirəcək, belə ki, siyasətçilər inflyasiyanın iqtisadiyyat və cəmiyyətdə sabitliyi pozmaması üçün daha aktiv müdaxiləni zəruri hesab edirlər.

Bununla belə, əsas problemi həll etmədən qiymətlərə nəzarət nəinki inflyasiyanı artıracaq, həm də istehsal üçün stimulların olmaması, resursların və investisiyaların düzgün bölüşdürülməməsi səbəbindən həyat səviyyəsinin aşağı düşməsi riski ilə nəticələnəcək.

756703273342684

10. “Vergi cənnətləri”nə qoyulan qadağa özəl kapital və vençur kapitalı sektorunu məhv edəcək

“Panama arxivi”nin dərcindən sonra Avropa İttifaqı 2016-cı ildə vergidən yayınmanı təşviq edən ölkələri qara siyahıya salıb. Bununla belə, dünyanın ən böyük “vergi cənnətləri” bu siyahıya daxil edilməyib. Qeyd edək ki, “vergi cənnətləri”ndən yalnız yüksək gəlirli insanlar deyil, həm də sənaye sahələri istifadə edir – vençur kapitalı və özəl kapital.

2023-cü ildə müdafiə xərcləri, bərpa işləri və yaşıl enerji keçidinə investisiyalar artacaq ki, hökumətlər mövcud vergi mənbələrinə üz tutacaq. Bütün diqqət digər ölkələrin hər il korporativ vergilərdən 500-600 milyard dollar itirməsinə səbəb olan “vergi cənnətləri”nə yönəldiləcək.

Nəticədə, gələn il iqtisadi cəhətdən ən inkişaf etmiş 38 ölkənin daxil olduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) “vergi cənnətləri”nə qarşı daha aqressiv mövqe tutacaq.

ABŞ-da vergi tənzimləməsi də dəyişəcək ki, bu da Aİ-nin “vergi cənnətləri”nə qadağası ilə birlikdə vençur kapitalına və özəl kapital sənayesinə zərbə vuracaq. Nəticədə, 2023-cü ildə bu sənayedən olan ictimai şirkətlərin dəyəri 50% çökəcək.

756703336124247

Son xəbərlər
 ⁠
Digər xəbərlər