2 C
Baku
Saturday, December 14, 2024

Maks Fray – “möcüzəyə inanın”

Maks Fray-in – “xeyirxah sehrbazın”, möcüzələrə və arzuların bir gün mütləq gerçək olacağına inam yaradan yazıçının əsərlərində səslənən sitatlar ilə tanış olun:

  • Özünüzü sevmək və tərifləmək lazımdır. Belə bir məsuliyyətli işi başqa insanlara həvalə etmək olmaz!

  • Mənim möhtəşəm bir qaydam var: əgər baş verənlər artıq xoşuna gəlməməyə başlayırsa, dərhal getmək lazımdır.
  • Afərin bizə. İkimiz bacardığımızı etdik. Geriyə qalan bacarmadığımızı etməkdir və bu zaman uğura zəmanət var.
  • Əgər uçurumdan boşluğa yıxılırsansa, nəyə görə uçmağı sınaqdan keçirməyəsən? Nə itirirsən ki?
  • Hər şey hər zaman əbədi olaraq gedir. Geri qayıtmaq mümkün deyil. Bizim yerimizə hər zaman yad biri qayıdır.
  • Gözləmək və ümid etmək ağlını itirməyin ən yaxşı yoludur. Şəhərdə veyillənmək və axmaqlıq etmək – bax, lazım olan məhz budur!
  • Ən yaxşı səyahət başa çatmayan səyahətdir.
  • Vacib bir sirr: lazım olan yerə deyil, ürəyinin istədiyi yerə getmək lazımdır.
  • Əgər yaxınlıqda çıxış yolu yoxdursa, onu fərdi şəkildə – “əlinin altında olanlardan” yaratmaq lazımdır.
  • Fikir vermisənmi, dünya – digər insanlarla nə baş verdiyini çox gözəl anladığını düşünən insanlarla doludur?!
  • Bir insanla nə danışmalı olduğunu bilmək qarşılıqlı simpatiyanın başlanğıcıdır. Bir insanla birlikdə susmağı bacarmaq isə əsl dostluğun başlanğıcıdır!
  • Hər bir kəsin həyatında belə bir məqam olur: uçmağı bacardığını nəhayət ki, anlamaq üçün mütləq uçuruma düşməlidir.
Son xəbərlər
Digər xəbərlər