17 C
Baku
Saturday, May 25, 2024

​​​​​​​Malatyada dağıntı altında qalan 4 azərbaycanlı tələbədən daha ikisinin meyiti tapılıb

Türkiyənin Malatya şəhərində zəlzələ zamanı dağılan binanın altında qalan 4 azərbaycanlı tələbələrdən daha ikisinin meyiti tapılıb.

Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyadan olan millət vəkili Ahmet Çakır bildirib.

Millət vəkili deyib ki, dağıntılar altında qalan digər tələbənin axtarışı davam edir. Ahmet Çakırın sözlərinə görə, tələbələrin yaşadığı bina böyük, dağıntılar çox olduğu üçün axtarış işləri uzun vaxt tələb edib.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanları arasında Malatya şəhərindəki İnönü Universitetinin tələbələri olan – Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan bu günədək heç bir məlumat yox idi. Onların yaşadığı bina zəlzələnin təsirindən ağır dərəcədə dağıntıya məruz qalıb.

Tələbələrin valideynləri və yaxınları övladlarının axtarışı ilə bağlı Malatyaya gedib və doğmaları haqqında ümidverici xəbərlər gözləyiblər.

Bununla da dağıntılar altında meyiti tapılan tələbələrin sayı 3-ə çatıb. Qeyd edək ki, daha əvvəl 2001-ci il təvəllüdlü Verdiyev Şahin Nail oğlunun meyiti tapılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər