-3 C
Baku
Sunday, December 15, 2024

Malayziya BRİKS-ə qoşulmaq üçün ərizə göndərib

Malayziya BRİKS-ə qoşulmaq üçün Rusiyaya müraciət edib.

Bu barədə ölkənin Baş naziri Ənvər İbrahim məlumat verib.

“Malayziya BRİKS-ə sədrlik edən Rusiyaya təşkilata üzv olmaq üçün ərizə göndərərək üzv ölkə və ya strateji tərəfdaş kimi iştirak etməyə hazır olduğunu bildirib”, – deyə Baş nazir Ənvər İbrahim qeyd edib.

Ənvər İbrahim Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb və deyib ki, söhbət əsasən Malayziyanın BRİKS-ə qoşulmaq cəhdindən gedir.

Onun sözlərinə görə, bu, hər iki ölkə üçün əhəmiyyətli potensiala malik olacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər