“Hazırda Azərbaycanda sahibkar qadınların nisbi sayı 18%-ə bərabərdir. Düşünürəm ki, bu rəqəmi daha da yüksəltmək lazımdır”. Bunu Bakıda “Gender Bərabərliyi və Qadın Hüquqlarının Təşviqində vətəndaş cəmiyyətinin rolunun Gücləndirilməsi” mövzusunda keçirilən konfransda çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
M. Mardın sözlərinə görə, kənd icmalarında təşviq işləri aparılmalıdır:
“Dünən İsveçdə yaşayan nənəmlə danışdım. Onun 100 yaşı var. Ona bugünkü tədbir və layihə haqqında danışanda o bildirdi ki, bütün qadınlara de ki, ailələrinin arxasında möhkəm dayansınlar. Əgər belə etsələr digər işlər yaxşı olacaq”
Report