4 C
Baku
Sunday, February 25, 2024

Maliyyə monitorinq xidmətinin Analitik idarəsinin analitiki — Maliyyə Bazarlarına Nəzarət Palatası

Maliyyə monitorinq xidmətinin Analitik idarəsinin analitiki

Namizədə dair tələblər:

Təhsil: ali təhsil (kriminalistika, maliyyə, hüquq, iqtisadiyyat, bank işi və ya riyaziyyat);

Xüsusi biliklər: Təhlil və araşdırma metodları üzrə biliklər, “MS Excell” və məlumat bazaları ilə işləməyə, təhlil etməyə imkan verən digər proqram təminatları üzrə biliklər, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericilik üzrə biliklər.

Təcrübə: Analoji sahə üzrə 1-2 il  iş təcrübəsi;

Dil bacarığı: Səlis Azərbaycan və ingilis dili bilikləri;

Digər bacarıqlar: Deduksiya, induksiya, abduksiya və analogiya olan təfəkkür üsullarından səriştəli istifadə etmək bacarığı; analitik əsaslandırma, tənqidi yanaşma və sağlam düşüncə qabiliyyəti; araşdırmanı aparmaq və araşdırma nəticələrində detalları görmək bacarığı; yazıda öz fikrini aydın ifadə etmək bacarığı; məxfi məlumatlarla işləmək, onları mühafizə etmək bacarığı; vaxtı və digər resursları effektiv idarə etmək bacarığı; məlumatların dərinləşdirilmiş təhlili, vizuallaşdırılması, sxemləşdirilməsi, habelə təhlil və araşdırma nəticələrinin sənədləşdirilməsi üzrə müvafiq proqram təminatları ilə işləmək bacarığı; komandada işləmək və yüksək əməkdaşlıq ünsiyyəti yaratmaq bacarığı; təşəbbüskarlıq və novatorluq bacarığı; işə tam məsuliyyət ilə yanaşmaq bacarığı; taktiki qərarları vermək bacarığı; fəaliyyət sahəsinə uyğun mövzuda təlimləri təşkil etmək və aparmaq bacarığı.

İşin təsviri:

  • Mütəxəssis cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi hallarının və ya risklərinin qarşısının alınması məqsədilə MMX-ya monitorinq subyektləri tərəfindən məlumatların təqdim olunması prosesinin təşkili və həmin məlumatların emal edilməsi ilə bağlı fəaliyyətləri icra edir.

Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Əlaqə vasitələri: E – mail :  [email protected]

Son xəbərlər
Digər xəbərlər