17 C
Baku
Friday, May 3, 2024

Maliyyə axınlarının idarə edilməsinin üç vəzifəsi

Müəllif: Oleq İvanoviç Dranko, fizika riyaziyyat elmləri namizədi, dosent, Menejment məktəbinin direktoru, korporativ maliyyə sahəsində məsləhətçi.

Hər bir təşkilat üçün mühüm məsələ, “olum, ya ölüm?” sualıdır. Bu sual ona görə meydana çıxır ki, “Yenidən təşkil olunma” qüvvədə olan qanunvericiliyə müvafiq olaraq müəssisə “bağlana” bilər, əgər müflisləşmiş elan edilərsə. Təcrübə göstərir ki, müflisləşmiş müəssisələrin əksəriyyəti vaxtında müvafiq tədbirlər həyata keçirsəydi, bundan qaça bilərdilər. Lakin çox vaxt rəhbərlik aşkar edir ki, onun firması müflisləşmə həddində olduğunu çox gec başa düşür və bu zaman artıq heç bir ölçü götürmək mümkün olmur.

Müflisləşmə imkanını proqnozlaşdırmaq və qabaqcadan onun qarşısını almaq üçün tədbirlər görmək üçün nə etmək lazımdır?

Bu suala cavabı pul vəsaitlərinin planlaşdırılması texnologiyası verir. Bir çox Rusiya şirkətlərində pul axınlarının planlaşdırılması çox vaxt səhər cari hesablar üzrə pul vəsaitlərinin qalığına gətirilir və bunlardan yığılmış hesabların ödənilməsi üçün operativ bölüşdürülür. Pul vəsaitlərinin qeydə alınmış hərəkəti sənəd şəklində olmur, pul axınlarının təhlili yoxdur, yəni şirkətlər öz maliyyə vəziyyətlərini idarə etmirlər, yalnız xarici təsirlərə reaksiya verirlər.

Fəaliyyətin birinci variantı sakit, geniş yolda düşünülmüş səyahətə, ikincisi maneələr zolağında fasiləsiz hərəkətə bənzəyir. İkin variant az sayda mənfəətli firmalarda işlənə bilər.

Pul axınlarının idarə edilməsi vəzifəsini bir neçə daha sadə yarımvəzifəyə gətirmək olar.

Vəzifə 1. Pul vəsaitlərinin hərəkətinin və olmasının proqnozlaşdırılması.

Bunun üçün aşağıdakılar formalaşır:

1. Pul vəsaitlərinin bütün mənbələrindən daxilolmaların proqnozu, aşağıdakılar daxil olmaqla:

A) əsas məhsulun xidmətin satışından əldə edilən qazanc;
B) aktiv və ehtiyatların satışından əlavə qazanc;
C) kreditlərin alınması;
Ç) digər mənbələr, məsələn, biznesin başqa sahələrinə qoyuluşlar.

2. Ödənişlər proqnozu, bura daxildir:

A) cari fəaliyyət üzrə birbaşa və dolayı xərclər;
B) şəxsi biznesinin inkişafına çəkilən xərclər;
C) biznesin başqa sahələrinə dividendlər investisiyalar;
Ç) kreditlərin ödənilməsi.

3. Dövrün sonu üçün pul vəsaitlərinin qalığı hesablanır.

Vəzifə 2. Pul vəsaitlərinin dövriyyəsinin reallaşmasının yoxlanılması.

Maliyyə nöqteyi nəzərindən pul vəsaitlərinin hərəkət planı o vaxt reallaşdırılır ki, əgər pul vəsaitlərinin qalıqları hər bir ödəmə növünə görə, axır dövrə mənfi göstəricidə olmayacaqlar. İzah edək ki, yuxarıda göstərilən: “Maliyyə nöqteyi nəzərindən” onu bildirir ki, planın reallaşması üçün digər maneələr ola bilər. Pul vəsaitlərinin hərəkətinin planlaşdırılması bizimlə kompleks maliyyə planlaşdırılmasından ayrı baxılır, ona görə ki, bu problem Rusiya müəssislərində aktualdır. Lakin praktikada pul vəsaitlərinin hərəkətinin formalışdırılması tez-tez başqa planlardan ayrı həyata keçirilir (istehsaal, tədarük və sair), dəqiq desək, açıq əlaqə görünmür.

Pul vəsaitlərinin hərəkəti planı bir ay üçün formalaşdırıla bilər, dekadalara, həftələrə, günlərə bölünmədən, yəni bir sütunla. Lakin ayın əvvəlində və axırında olan pullar, ayrı-ayrı pullardır. Mütəmadi haldır ki, ayın əvvlində maddı texniki vəsaitlərin haqqını ödəmək lazım olur, lakin məhsulun pulları ayın axırı ödənilir, yəni pul axımında boşluq əmələ gəlir, amma o çox aşkar görünmür, ona görə ki, sadələşdirilmiş planlaşdırma texnikasından istifadə olunur.

Pul vəsaitlərinin olmamasının ehtimalını nəzərə alaraq, ödəmələrin uzadılması imkanını təyin etmək lazımdır (məsələn, üç gündən bir həftəyə kimi) və bu vaxt bölgüsü ilə ödəmələri həftələrə yaxud da dekadalara bölmək olar. Bu bir qədər işin həcmini və məlumatların hesablanmasını miqdarını artırır, lakin planın keyfiyyətini xeyli artırır. “Hər növ üzrə ödəmə vəsaitlərinin mənfi olmayan qalıqları” aşağıdakıları nəzərdə tutur. Müxtəlif növ ödəmə vəsaitləri istifadə olunur: Nağd vəsait, nağd olmayan vəsait, valyuta, qiymətli kağızlar, mal maddi dəyərlər, barter üsulu ilə alınan, qarşılıqlı hesablaşmalar. Bəzi hallarda müxtəlif keyfiyyətli ödəmə vəsaitlərindən danışırlar. Bir qayda olaraq, yüksək keyfiyyətli vəsaitlər çatışmır (pul vəsaiti), aşağı keyfiyyətli vəsaitlər isə artıqlaması ilə ola bilər (barter, likvidsiz veksellər). Bütün ödəmə vəsaitlərini balanslaşdırmaq lazımdır, ehtiyac olarsa onları konvertasiya etmək lazımdır (məsələn: Barter üsulu ilə alınan mal maddi sərvətləri pula satmaq, nağd olmayan pul vəsaitlərini nağd pula çevirmək). Tez tez, pul vəsaitlərinin daxil olma proqnozunu (Planını) formalaşdırdıqda, kommersiya xidmətinin rəhbərləri zəmanət verə bilmirlər və yaxud dəqiq bilmirlər ki, gözlənilən vəsaitlərin daxil olacaq ya yox və ödəmələr yerinə yetirilmir. Həll varinatı: Vəsaitlərin ümidverici daxil olma qrupunun formalaşdırılması, prioritet təşkil edən ödəmələr qrupu və onların balanslaşdırılması.

Vəzifə 3. İdarəetmə təsirlərinin qəbul edilməsi.

İdarəetmə təsiri planın maliyyə cəhətdən fiziki reallaşa bilmədiyi zaman, yaxşı olar ki, planın hətta reallaşdırılması mümkün olan zaman da yaxşılaşdırılması üçün zəruridir.

Yollar:

1.    Gəlirlərin artırılması;
2.    Xərclərin azaldılması;
3.    Daxilolmaların sürətləndirilməsi;
4.    Ödənişlərin yavaşıması;
5.    Əlavə borj vəsaitlərinin götürülməsi.

Gəlirlərin artmasını satılan mal və xidmətlərin kəmiyyətinin artırılması və ya onların qiymətinin qaldırılması yolu ilə həyata keçirmək olar. Qiymətin dəyişməsinin satışın kəmiyyətinə təsiri intuitiv olaraq aydındır, marketinqdə bundan ötrü elastikliyin analizi anlayışından istifadə olunur. Lakin Rusiya təcrübəsində orta və kiçik müəssisələrdə biz elastiklik analizi və qazanc və mənfəətin optimallaşdırılmasının analizi üzrə konstruktiv işlərlə qarşılaşmamışıq.

Real olaraq aşağıdakıları göstərmək olar:

A) gəlir gətirən məhsulun hərəkəti üzrə tədbirlərin həyata keçirilməsi
B) qeyri likvidlərin, istifadə olunmayan avadanlığın satılması üzrə fəal iş və s.

Xərclərin azaldılması aşağıdakıları nəzərdə tutur:

A) xammal və materialların sərf edilməsi normalarının azaldılması;
B) alınan resursların qiymətinin azaldılması;
C) bəzi əməliyyatlardan imtina (məsələn, kosmetik təmir, inkişaf üzrə bəzi layihələr).

Təbii ki, xərclərin azaldılması məhsulun keyfiyyətinə təsir etməməli və istehsal qrafikini pozmamalıdır.

Daxilolmaların sürətlənməsi aşağıdakılar hesabına həyata keçirilir:

A) alıcılarla fəal iş;
B) pul vəsaitlərinin dövriyyə müddətinin və debitor borjların azaldılması, o jümlədən qabaqjadan ödəmələri tələb etmək hesabına;
C) məhsul buraxılışının istehsal tsiklinin, xammal tədarükünün və hazır məhsulun çatdırılması tsiklinin azaldılması hesabına sürətlənməsi;
Ç) əlavə daxilolmaları təmin edən yeni inkişaf layihələrinin reallaşdırılması.

Ödəniş müddətinin azaldılması, o cümlədən qabaqcadan ödəmələrə keçidi və endirimləri mənfəət və balansın təhlili ilə kompleks şəkildə nəzərdən keçirmək lazımdır. Konkret qərarlar cari maliyyə vəziyyətindən asılı olaraq qəbul edilməlidir. Əgər müəssisə pul vəsaitinin kəskin çatışmazlığını məruz qalmışsa və zərərsizlik nöqtəsindən aşağıdadırsa, onda endirimlər və qabaqcadan ödəmələr satış və daxilolmaların artmasına səbəb ola bilər və nəticədə maliyyə vəziyyəti normallaşa bilər. Əgər pul vəsaiti çatışmırsa, bu zaman qiymətin artırılması və ödənişlərin təxirə salınması da mənfəətin artmasına gətirib çıxarar.

Ödənişlərin yavaşıması aşağıdakılar hesabına həyata keçirilir:

A) tədarükçülərlə fəal müqavilə işləri (fəal işə nümunə pul vəsaitlərinin hərəkətinin planlaşdırılması və ödənişlər üzrə hətta daha uzun müddətlərə, lakin tədarükçüləri məlumatlandırmaqla ödənişlərin yerinə yetirilməsi);
B) ödəniş və alqıların müddətinin uzadılması, qiymətin bir qədər yüksəldilməsi də mümkündür (ödəniş və alqıların müddətinin təhlilini mənfəət və balansən təhlili ilə birgə həyata keçirmək lazımdır);
C) inkişaf üzrə layihələrin reallaşdırılmasının təxirə salınması.

Və yalnız sadaladığımız tədbirlər kömək etmirsə və ya məqsədyönlü deyilsə, əlavə xərclərlə əlaqədar və balansın strukturunun dəyişilməsi ilə bağlı əlavə borc vəsaitlərinin cəlb edilməsini nəzərdən keçirmək olar.

Kredit tələsi.

Kreditlərin cəlb edilməsinin məqsədyönlüyünün təhlili üçün kreditə götürülmüş məbləğlərin konkret olaraq hansı məqsədlər üçün istifadə ediləcəyini dəqiq təsəvvür etmək çox vaciblir, məsələn:

·    Konkret məhsul növünün istehsalı həcminin artırılması məqsədilə zəruri olan və bu məhsullar üzrə pul dövriyyəsi vasitəsilə mənfəət verən birbaşa xərclərin örtülməsi üçün;
·    Müəssisənin inkişaf layihəsinə məsrəflərin özünü örtməsi müddəti vasitəsilə mənfəət verən investisiyalar üçün;
·    Vergilər üzrə borcların ödənilməsi üçün;
·    Əvvəllər götürülmüş kreditlərin qaytarılması üçün;
·    Əvvəllər götürülmüş kreditlər üzrə faizlərin ödənilməsi üçün;
·    Kredit və faizlərin qaytarılması üzrə vaxtı keçmiş borcların (cərimə, peni) ödənilməsi üçün və s.

Xüsusilə də, müəssisənin “kredit tələsi”nə düşüb düşməməsini dəqiq təhlil etmək lazımdır. Məsələn, əgər yeni kredit əvvəllər götürülmüş kreditlərin qaytarlması üçün istifadə olunursa, bu zaman hər bir plan dövründə özünün vəsaitləri azalır. Bu isə, öz növbəsində, istehsal düşkünlüyünə, mənfəətin və rentabelliyin aşağı cdüşməsinə (daimi xərclər qalmaqla) səbəb olur və nəticədə, gələcək daxilolmalar azalır və öz vəsaitinin əlavə kəsiri meydana çıxır. Bundan yan keçmək üçün əlavə krediilər götürmək lazım gəlir, “Borc quyusu” bununla dərinləşir və genişlənir ki, müflisləşmə riski yüksəlir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər