9 C
Baku
Thursday, December 12, 2024

Maliyyə bazarları üçün həftənin ən önəmli xəbərləri məlum olub

Bu həftə qlobal maliyyə bazarları 5 mühüm xəbəri diqqətlə izləyəcək. Bunlardan birincisi və ən əsası ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellenin (Jannet Yellen) ABŞ Koqresinin hər iki palatasında çıxışları olacaq. Çıxışda monetar stimullaşdırma proqramının sona çatması və yumşaq şəkildə sərtləşdirməyə başlanılması ilə bağlı açıqlamalar gözlənilir.

Həmçinin, iyulun 14-də ABŞ-da inflyasiya göstəricisinin açıqlanması gözlənilir. Bu da FED-in qərarları üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, son vaxtlar inflyasiya göstəricisi FED-in 2%-lik hədəfindən xeyli geri qalmağa başlayıb.

İyulun 12-də Britaniyada may ayı üzrə məşğulluq göstəricisinin açıqlanması gözlənilir. Həmçinin, Britaniya Mərkəzi Bankının aparıcı iqtisadçısı Endi Xoldeynlə (Endy Holdeyn) bankın sədr müavini Ben Brodbentin (Ben Broadbent) mümkün faiz artımı barədə fikirlər səsləndirməsi gözlənilir.

İyulun 11-də Çində iyun ayı üzrə ticarət balansının və Kanadada monetar siyasətlə bağlı qərarın açıqlanması gözlənilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər