Oktyabrın 12-də Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) yenilənmiş 966 Çağrı Mərkəzi və i-Map informativ xəritə xidməti təqdim olunub.
Banker.az xəbər verir ki, MBNP-nin mətbuat katibi Elşən Allahverdiyev 966 Çağrı Mərkəzinin vətəndaşların suallarının operativ cavablandırılması, şikayətlərinin, təkliflərinin qəbulu məqsədilə fəaliyyətə başladığını və fasiləsiz xidmət göstərəcəyini deyib.
Bildirib ki, fasiləsiz fəaliyyət göstərməsi və daxil olan bütün zənglərin qeydiyyata alınması üçün Çağrı Mərkəzinə insan resursları cəlb olunub, mərkəz xüsusi proqram təminatı, ən son avadanlıq və servislə təchiz edilib. Eyni zamanda, bütün regionlarda fəaliyyət göstərən bank, BOKT, ATM, valyuta mübadiləsi məntəqələrinin, sığorta şirkətlərinin, “Azərpoçt” milli poçt operatorunun filial, şöbə və ofislərinin əlaqə məlumatlarını özündə əks etdirən i-Map informativ xəritə yaradılıb. Xəritədə Azərbaycanın işğal olunmuş ərazilərinin adları və turistlər üçün faydalı ola biləcək turistik istiqamətlər barədə məlumat yerləşdirilib.