8 C
Baku
Friday, December 13, 2024

Maliyyə Bazarlarına Nəzarət Palatası sığortaçı seçir

Maliyyə Bazarlarına Nəzarət Palatası əməkdaşlarının tibbi sığortası üzrə açıq tender elan edib. Tenderdə iştirak haqqı 400 manatdır.

İddiaçılar ilkin sənədləri dekabrın 21-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 29-na qədər qurumun Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 27 ünvanındakı inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxslər Palatanın Təminat və satınalmalar sektorunun əməkdaşı Ələmqulu Quliyev (tel.: (012) 493 50 58, daxili 346; e-poçt: [email protected]) və İnsan resursları idarəsinin əməkdaşı İlhamə Rüstəmlidir (tel.: (012) 493 50 58, daxili 237; e-poçt: [email protected]).

Təkliflərə yanvarın 8-də qeyd olunan ünvanda baxılacaq. Seçim zamanı sığorta şirkətinin maliyyə vəziyyəti, xidmətlər paketi üzrə sığorta şərtləri nəzərə alınacaq.

Sığorta xidməti yanvarın 20-dən başlayaraq 1 il müddətində göstərilməlidir.

Son xəbərlər
Digər xəbərlər