15 C
Baku
Wednesday, April 24, 2024

Maliyyə bazarlarında yoxlamalara tətbiq edilən məhdudiyyət aradan qaldırıldı

Azərbaycan Prezidenti İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Sənədə əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 2.2-ci maddəsinə “vergi yoxlamalarına” sözlərindən sonra “və maliyyə bazarları sahəsində aparılan yoxlamalara” sözləri əlavə edilib.

Bu dəyişiklik maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər