19 C
Baku
Thursday, May 9, 2024

Maliyyə departamenti / Maliyyə analitiki – Expressbank

Maliyyə departamenti / Maliyyə analitiki

Tələblər:
– Ali iqtisadi təhsil;
– Mükəmməl mühasibatlıq biliyi;
– Analoji sahədə 3 il iş təcrübəsi;
– AR Vergi qanunvericiliyi və Banklar haqqında qanun üzrə biliklər;
– Mükəmməl Microsoft Office (Excell-yüksək səviyyədə) proqramların biliyi;
– SQL bilikləri olan namizədlərə üstünlük verilir;
– ACCA və CFA kvalifikasiyası olan namizədlərə üstünlük verilir;
– Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
– Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq bacarığı.

Vəzifə öhdəlikləri:
– Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
– Problemlərin həll etmə bacarığı;
– Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
– Bankın likvidliyi və xərclərin optimizasiyası ilə bağlı analitik hesabatların hazırlanması
– Bank məhsullarının gəlirliliyinin hesablanması;
– Daxili tələbat üçün hesabatların tətbiqi və hazırlanması;
– Digər təşkilatlara təqdim edilməsi üçün hesabatların hazırlanması;
– Hesabatlıq sisteminin təkmilləşdirilməsi üçün şöbə müdirinə təkliflərin verilməsi;
– Maliyyə uçotunda baş vermiş səhvlər barədə şöbə müdirinin xəbərdar edilməsi;
– Digər struktur bölmələrinin şöbəyə ünvanlanan sorğuların cavablandırılması.

Biz sizə nələr təklif edirik:
– Azərbaycanın aparıcı banklarının birində iş;
– AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
– Stabil əmək haqqı;
– Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
– Professional və maddi inkişaf perspektivləri.

Maraqlanan şəxslər https://www.expressbank.az/aboutus/vacancies.html linki ilə mövcud olan vakansiyalarla  tanış olaraq, CV-lərini [email protected] email ünvanına mövzuda “Banker.az – Maliyyə departamenti / Maliyyə analitiki” qeyd etməklə göndərə bilərlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər