8 C
Baku
Friday, December 13, 2024

Maliyyə İnstitutları ilə Əlaqələr üzrə Menecer -Kapital Bank

Maliyyə İnstitutları ilə Əlaqələr üzrə Menecer

Kapital Bank namizədləri Maliyyə İnstitutları ilə Əlaqələr üzrə Menecer vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Beynəlxalq əlaqələrin yaradılması və inkişafı üzrə təkliflər vermək və xarici əməkdaşlığın qurulmasında bilavasitə iştirak etmək;
• Bank rəhbərliyinin göstərişi ilə xarici maliyyə təşkilatları ilə işgüzar səfərlərdə iştirak etmək;
• Yerli və xarici banklarla mövcud müxbir bank əlaqələrinin aktiv şəkildə idarə edilməsi;
• Bankın xarici valyuta ilə Nostro və Loro hesablarının açılması üçün zəruri sənədləşmə işinin təşkil edilməsi, daimi olaraq hesab üzrə sənədlərin yenilənməsinə nəzarəti həyata keçirmək;
• Müxbir banklar tərəfindən təklif olunan xidmətlərin tarifini, universallığını, əməliyyatların keyfiyyətini, etibarlılığını nəzərə alaraq beynəlxalq hesablaşmalar üçün müxbir bankların seçilməsi və bu banklarda kredit xətti limitlərinin təyin edilməsi barəsində təkliflər vermək;
• Bankda “Due Diligence”-in təşkili və aparılmasında iştirak etmək;
• Beynəlxalq maliyyə institutları və maliyyə təşkilatları tərəfindən xarici investisiyaların cəlbində iştirak etmək;
• Bankın müvafiq struktur bölmələrinə sorğu ünvanlamaq, onlardan tələb olunan zəruri məlumatları əldə etmək və təyinatı üzrə istifadə etmək.

Tələblər

• Maliyyə və beynəlxalq münasibətlər istiqaməti üzrə ali təhsil;
• Maliyyə İnstitutları, müxbir bankçılıq və ya xəzinədarlıq sahəsində 2-3 illik iş təcrübəsi;
• Məsuliyyətlilik, dəqiqlik və komanda tərkibində işləmək bacarığı;
• Azərbaycan, Rus və İngilis dilləri üzrə əla biliklər;
• MS Word, MS Excel, Outlook proqramları üzrə əla biliklər.

Mövzu hissəsində “Maliyyə İnstitutları” qeyd etmələ CV-nizi [email protected]  mail ünvanına göndərə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər