7 C
Baku
Thursday, December 12, 2024

Maliyyə naziri: “I rübdə vergi-gömrük orqanları büdcə proqnozuna 124% əməl edib”

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinə daxilolmalar üzrə proqnoz göstəriciləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə 539 milyon manat və yaxud 23,8%, Dövlət Gömrük Komitəsi üzrə isə 236 milyon manat və yaxud 23,7% üstələməklə icra edilib.

Bunu maliyyə naziri Samir Şərifov ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş və bu ilin I rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

“Sosial sığorta haqları üzrə isə 961 milyon manat proqnoza qarşı 1 milyard 41 milyon manat icra təmin edilib. Dövlət Vergi Xidməti üzrə proqnozların artıqlaması ilə icra edilməsinin böyük hissəsi, yəni, 90%-ə yaxın hissəsi qeyri-neft sektoru üzrə gəlirlərin artması ilə bağlıdır. Ümumiyyətlə, qeyri-neft sektorundan gəlirlərI rübdə 80%-dən çox, ümumi daxilolmaların, vergi üzrə ümumi daxilolmaların 80 %-dən yuxarı hissəsini təşkil edib. Belə vəziyyətdə Dövlət Neft Fondunun dövlət büdcəsinə nəzərdə tutulan transfertləri 3 milyard 180 milyon manata qarşı 2 milyard 757 milyon manat icra olunub, yəni, 423 milyon manat az. Bu da onunla bağlıdır ki, dövlət büdcəsinin icra göstəriciləri olduqca yüksək idi”, – deyə o, qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər