7 C
Baku
Sunday, December 15, 2024

Maliyyə Nazirliyində yeni təyinat olub [FOTO]

Maliyyə Nazirliyinin (MN) ləğv edilmiş Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəis müavini Müşfiq İsrafilova yeni vəzifə verilib.

Məlumata görə, o, Nazirliyin vergi siyasəti və gəlirlər şöbəsinin müdir müavini təyin edilib.

Xatırladaq ki, DSNX-nin rəisi Namiq Xəlilov da Nazirlikdə işlə təmin olunub. Hazırda o, nazirin müşaviri vəzifəsində çalışır.

DSNX-nin işsiz qalmış digər 14 əməkdaşının isə MN-in müxtəlif şöbələrinə yerləşdirilməsinə başlandığı bildirilir.Ləğv edilmiş Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavininə yeni vəzifə verilib

Xatırladaq ki, MN sığorta bazarı ilə bağlı səlahiyyətlərini bu ilin əvvəlində itirib. Prezident İlham Əliyevin fevralın 3-də imzaladığı fərmanla Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb və ləğv edilən DSNX-nin səlahiyyətləri yeni quruma verilib.

Report

Son xəbərlər
Digər xəbərlər