Maliyyə Nazirliyinin strukturunda olan bir dövlət agentinin xidməti avtomobillərinin sayı artırlarkən, digərinin azaldılıb, biri isə tam ləğv edilib.
Banker.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib. Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Dövlət Xəzinədarlığı Agentliyinin xidməti avtomillərinin limit sayı 15-dən 26-ya qaldırılıb.
Dövlət Maliyyə Nəzarəti Xidmətinin xidməti avtomobillərinin say limiti 18-dən 10-a endirilib.
Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti ilə bağlı isə tamamı ilə ləğv edilib.