2 C
Baku
Saturday, December 14, 2024

“Maliyyə qurumları arasında fikir ayrılığını aradan qaldırmaq üçün şuranın yaradılması vacibdir”

“Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyi və Maliyyə Nazirliyi arasında koordinasiya əməliyyatları aparmaq lazımdır ki, manatın sabitliyini qoruyub saxlamaq mümkün olsun.”

Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, Maliyyə Sabitliyi Şurası koordinasiya mexanizmini həyata keçirmək məqsədilə yaradılıb: “Çünki koordinasiya sisteminin qurulması məqsədilə Şuranın yaradılması vacibdir. Eyni zamanda Şuranın tərkibinə müstəqil ekspertlərin, millət vəkillərinin fikirlərini bildirmələri üçün salınmaları da məqsədəuyğun olardı.”

V.Əhmədov son vaxtlar maliyyə qurumları arasında koordinasiya məsələsinin aşağı səviyyədə olduğunu söyləyib: “Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, İqtisadiyyat və Sənaye Nazirliyi və Maliyyə Nazirliyi arasında fikir ayrılığının olması manatın məzənnəsinin möhkəmlənməsinə təsir edir. Bu problemi aradan qaldırmaq üçün ölkə başçısı tərəfindən baş nazirin rəhbərliyi altında Maliyyə Sabitliyi Şurasının yaradılması müsbət haldır. Bunun müəyyən nəticəsi olmalıdır.”

Qeyd edək ki, prezident İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında fərman imzalayıb. Şura ölkənin makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquqi tətbiqetmə praktikasına nail olunması məqsədilə yaradılır.

SalamNews

Son xəbərlər
Digər xəbərlər