7 C
Baku
Sunday, December 15, 2024

Maliyyə rifahına görə ölkələrin reytinqi açıqlanıb – Top 5-lik

İsveçrənin UBS bankının hesabatına görə, 2022-ci ildə qlobal ev təsərrüfatlarının sərvəti 2008-ci il qlobal maliyyə böhranından sonra ilk dəfə azalıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Onun sözlərinə görə, yalnız bir neçə ölkə rifah səviyyəsini artırıb, o cümlədən Rusiya.

Maliyyə bazarında itkilərə görə liderlər:

ABŞ — 5.9 trilyon dollar;
Yaponiya — 2.5 trilyon dollar;
Çin — 1.5 trilyon dollar;
Kanada — 1.2 trilyon dollar;
Avstraliya — 1 trilyon dollar.

Sənədə əsasən, ötən il rifahın azalmasına ən çox maliyyə aktivləri təsir edib. Eyni zamanda, qeyri-maliyyə aktivləri (əsasən daşınmaz əmlak) “faiz dərəcələrinin sürətlə artmasına baxmayaraq, güclü” qalıb. UBS qeyd edir ki, artan faiz dərəcələri fonunda ev qiymətləri azalarsa, maliyyə və qeyri-maliyyə aktivlərinin töhfəsi 2023-cü ildə dəyişə bilər.

Maliyyə bazarında itkilərə görə liderlər 5.9 trilyon dollar itirən ABŞ olub. Yaponiya (2.5 trilyon dollar), Çin (1.5 trilyon dollar), Kanada (1.2 trilyon dollar) və Avstraliya (1 trilyon dollar) da ciddi itkilərə məruz qalıb. Ekspertlərin fikrincə, sərvətdə ən böyük artım Rusiyada (600 milyard dollar), Meksikada (655 milyard dollar), Hindistanda (675 milyard dollar) və Braziliyada (1.1 trilyon dollar) qeydə alınıb.

Rusiya daha əvvəl “World Economics” reytinqində dünyanın ən böyük iqtisadiyyatları arasında beşinci yerdə olub. Tədqiqat Beynəlxalq Valyuta Fondu və Dünya Bankının 2022-ci il üçün alıcılıq qabiliyyəti pariteti baxımından dünya ölkələrinin ÜDM reytinqini dərc edən statistik göstəricilərinə əsaslanır. Bu göstəriciyə görə 31.5 trilyon dollarla Çin liderdir.

Son xəbərlər
Digər xəbərlər