-1 C
Baku
Sunday, December 15, 2024

Maliyyə uçotu: reallıqdan uzaqlaşma

Maliyyə uçotu heç vaxt qüsursuz olmayıb. Yüzlərlə il bundan əvvəl meydana gəlmiş system müasir bizneslə baş dəftərlərin yazıldığı qaz lələyi qədər uyğunlaşır. Bir sıra prinsipial problemlər həmişə mövcud olub:

– Maliyyə uçotu gələcəyə deyil, keçmişə istiqamətlənib, bu da qazanmağa deyil, hesab aparmağa kömək edir.
– Maliyyə uçotu sistemləri interpretasiyalar üçün, bununla da həqiqətin təhrif edilməsi üçün geniş meydanlar açır.

Müstəsna maddələrlə, hesabdan silmələrlə, qeyri-material arxivlərin amortizasiyası ilə, ehtiyatların idarəedilməsinin, inventarizasiya və realizasiyaların uçotunun müxtəlif metodları ilə manipulyasiyalar sayəsində alınmış gəlir göstəricilərinin çoxillik “düzəlişləri” manevr üçün əhəmiyyətli meydan açır. Təəccüblü deyildir ki, fondların analitik və menecerləri gəlirliyin plan göstəriciləri bir penni də kənara çıxmayan şirkətlərə şübhəli nəzərlərlə baxırlar. Əgər bu bütün tarazlama və rəqəm uyğunlaşdırmalarından sonra da baş verirsə, deməli, problemlər həqiqətən ciddidir.

– Maliyyə uçotunun göstəriciləri- şirkətin effektivliyinin qiymətləndirmə elementlərindən biridir. Bazarın payı, satış səviyyəsi, inkişaf templəri, məhsuldarlıq, yeni məhsulların yaranması işlərin gedişinin perspektiv indikatoru kimi retrospektiv maliyyə göstəricilərindən daha ifadəlidir.

XXI əsrdə problemlər daha da dərinləşir. Maliyyə uçotu sahəsi keçən əsrdəki mübarizəsini davam etdirərək müxtəlif növlü standartları bir araya gətirməyə çalışır. Bu arada peşənin vəzifəsi standartlaşdırma deyil, öz məhsulunun keyfiyyətinin artırılmasıdır.

Problemin kökü- qeyri-material aktivlərdir. Luka Paçoli ikili qeydiyyat əsasında mühasibatı kəşf edərkən ehtimal olunurdu ki, qeydlər konkret bazar qiymətinə malik olan real, material aktivləri əks etdirir. 500 illik yaşı olan bu fərziyyə bu gün mühasibatın özəyini təşkil edir. XXI əsrin biznesinə sadə nəzər qədim postulatın düzgün olmadığını təsdiq edir. Müasir biznesin aktivləri nə material, nə də öz qiymətilə başqasına satılan deyildir.

“Nike” : biznesin dəyəri-onun brendindədir. Məhsul şirkətdən kənarda hazırlanır. Material aktivlərin böyük hissəsi köhnə posterlərdir. Brendlərin qiymətləndirilməsinin cəsur, lakin azsəmərəli cəhdlərinə təşəbbüs edilir. Mühasibat nöqteyi-nəzərincə balans hesabatında brendin dəyərinin etibarlı əksolunma metodu yoxdur. Bəlkə o, reklama qoyulan xərclər və ya kapital qoyuluşlarının həcmi ilə təmsil olunmuşdur?

Investisiya bankları: onların aktivləri hər axşam ofis divarlarını tərk edir. Bu aktivlər-personalın peşə bacarıqlarıdır. 100 il əvvəl mühasibat peşə bacarıqları barədə narahat olmalı deyildi: kapitalistlər kapital təqdim edirdilər, idarə edənlər idarə edirdilər, işçilər işləyirdilər. İşçilər ixtisasla yüklənmirdilər, onların əvəzinə asanlıqla digərlərini götürmək olurdu.

Elektron biznes: onun dəyəri material aktivlərdə deyil, intellektual mülkiyyət qismində müəssisənin biznes-konsepsiyasındadır.

Farmasevtik şirkətlər: biznesin dəyəri- patentlər və güclü distribyutor şəbəkəsindədir. Material aktivlər, nağd qızıl mədənlərini nəzərə almasaq, çox az əhəmiyyət kəsb edir. Maliyyə uçotu sistemində bu aktivlər əks olunmur və bu aktivlərin necə sərmayə olunması haqda məlumat da göstərilmir.

Ağırlıq mərkəzinin material aktivlərdən qeyri-material aktivlərə keçməsi məsrəflərin strukturunun daimilərin xeyrinə radikal dəyişməsi ilə də əlaqədardır.

Adam Smit Qlosterdə sancaq istehsalını müşahidə edərkən hər bir sancağın maya dəyəri dəyişkən məsrəflərin iki əsas maddəsi ilə müəyyənləşirdi: xammal və işçi qüvvə xərcləri. Əlavə xərclər demək olar ki, yox idi. Sancaq istehsalçısının reklam agentləri, kommersiya bölmələri mövcud deyildi, o, özünə strateji planlaşdırma və insan resurslarının idarəetmə funksiyaları ilə zəhmət vermirdi, hazırda korporasiyanın yaşam infraksturunu təşkil edən kompüter sistemi, telefon şəbəkəsi, qərargah, mühasiblər ştatına malik deyildi.

Əlavə və yarıdəyişkən xərclərin partlayışla inkişafı mühasibat uçotunun ənənəvi sistemi üçün əsl dəhşətə çevrildi:

– Məsrəflər və gəlir getdikcə daha əhəmiyyətli dərəcədə əlavə xərclərin yenidən bölüşdürülməsi haqda özbaşına qərarlarla müəyyən olunurdu. Xidmət və bölmə büdcələrinə əsaslanan maliyyə uçotu menecmenti bu qərarların qəbul edilməsi üçün lazım olan etibarlı baza ilə təmin etmir.
– Balans hesabatı nəticə etibarilə biznesin və onun əsasında dayanan həqiqi, qeyri-material aktivlərin dəyəri ilə əlaqəni itirir.
– Gəlir göstəricisinin etibarlılığı çox nisbidir, buna görə də illik hesabatı alarkən daha çox gəlir və ziyanların yekun rəqəmlərinə deyil, bu göstəricilərin alınma izahlarına diqqət yetirmək lazımdır.

Deyəsən, yeganə etibarlı sənəd olaraq nəğd pulların hərəkət hesabatı haqda sənəd qalır, amma ona da satış və xərc göstəricilərinin “yaradıcı” yenidən bölüşdürülməsi vasitəsilə düzəliş etmək olar. 3-5 illik müddət üçün yalançı hesabat almaq çətindir. Amma 5 il-artıq tarixdir, menecment və sərmayəçilər üçün fəaliyyət arenası deyil. Yeni əsrin çağırışlarına cari fəaliyyətin operativ menecer ucotu cavab verməlidir, maliyyə uçotuna qaldıqda isə o, keçən əsrlə yaşayır.

Müəllif: ekspert Vladimir Mixayloviç Radionov, Rusiya Federasiyası hökuməti nəzdində Maliyyə Akademiyası.

Son xəbərlər
Digər xəbərlər