9 C
Baku
Thursday, December 12, 2024

Maliyyə və İqtisadiyyat nazirliklərinə martın 1-nə qədər vaxt verilib – Planla bağlı

Azərbaycanda büdcə təşkilatlarının sektor strateji planları hazırlayacaqlar.

Banker.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası”nda əksini tapıb.

Büdcə təşkilatlarının sektor strateji planları büdcə təşkilatlarının Azərbaycan Prezidentinin aktları ilə müəyyən edilmiş qısa və ortamüddətli dövrdə hədəflərini və həmin hədəflərin həyata keçirilməsi tədbirlərini, o cümlədən maliyyələşmə mənbələrini nəzərdə tutan sənəddir. Otamüddətli dövr növbəti il və sonrakı üç ildir. Fəaliyyət plan müəyyən edilmiş əsas strateji məqsəd və hədəflər üzrə ortamüddətli dövr ərzində görüləcək tədbirlər, onların icrasının həyata keçirilməsi üçün tələb edilən xərclər və əldə ediləcək nəticələrin əks olunduğu plandır.

Strateji planın hazırlanması üçün ortamüddətli dövrdə sektorun mövcud inkişaf səviyyəsi və bu sektorun fəaliyyətinə təsir edən daxili və xarici amillər nəzərə alınmaqla strateji təhlil aparılır. Daxili amillərə idarəetmənin vəziyyəti, resurs mövcudluğu (çatışmazlıqları), təşkilati struktur, texniki və məlumat sistemləri (bazaları), əməkdaşların potensialı və digər amillər, xarici amillərə isə iqtisadi şərait, qlobal rəqabət, demoqrafik və texnoloji trendlərə əsaslanan coğrafi şərait və qanunvericilik üzrə dəyişikliklər aid edilə bilər.

Strateji təhlil nəticəsində mövcud və yaxın gələcəkdə sektor qarşısında yarana biləcək məsələlər müəyyən edilir və təhlilin nəticələri göstərilir. Strateji planla müəyyən edilmiş tədbirlər müvafiq sahənin inkişafının təmin edilməsi məqsədi ilə qəbul edilmiş strateji sənədlərdə (konsepsiya, strateji yol xəritələri, dövlət proqramları və s.) nəzərdə tutulmuş məqsəd və hədəflərə uyğun olmalıdır. Təşkilatın gələcək məqsəd və hədəflərinin, həmçinin bu hədəflərin əldə edilməsi üçün həyata keçiriləcək tədbirlərin (və ya tədbirlər planlarının) və müvəffəq olma ölçülərinin müəyyən edilməsi üçün strateji təhlil əsas alətdir. Bu bölmədə həmçinin büdcə təşkilatının ortamüddətli hədəflərinə nail olunmasına və maliyyə göstəricilərinə təsir edə biləcək risklərin də ətraflı təhlili aparılır. Strateji təhlildə “GZİT” alətindən də istifadə edilə bilər. “GZİT” təhlili güclü tərəflər, zəif tərəflər, imkanlar və təhdidləri özündə ehtiva edən təhlil alətidir.

Bu zaman daxili və xarici amillər nəzərə alınır. Güclü və zəif tərəflərin təhlili sektorun inkişafına təsir edən daxili amillərin (resurs potensialının) təhlilinə xidmət edir. İmkanlar və təhdidlər isə xarici amillərin (ətraf mühitin) təhlilinə aiddir:

– daxili resurs potensialı bir neçə amildən ibarətdir. Bunlar fiziki resurslar, maliyyə resursları, insan resursları, inzibati sistem (işin təşkili və idarəetmə sistemi) və qeyri-maddi aktivlərdir;

– xarici amillərə adətən makroiqtisadi məsələlər, texnoloji dəyişikliklər, qanunvericilik dəyişiklikləri və digər məsələlər aiddir.

Strateji məqsədlər nəzərə alınmaqla aparılan təhlillər əsasında müvafiq sahənin inkişafının təmin edilməsi üzrə strateji istiqamətlər və qarşıya qoyulan məqsəd və hədəflərə çatma dərəcəsinin müəyyən edilməsi üçün əsas hədəf göstəriciləri müəyyən edilir. Sektor strateji planının hazırlanmasının növbəti mərhələsində fəaliyyət planı tərtib edilir. Fəaliyyət planlarının əsas elementlərinə ortamüddətli dövrdə sektorun inkişafı və bu sahədə idarəetmənin mövcud vəziyyəti aid edilir. Fəaliyyət planının hazırlanmasının məqsədi sektor üzrə strateji məqsədlərə çatmaqdan və bu sahədə göstəricilərin yaxşılaşdırılmasından ibarətdir. Bu məqsədlərə çatmaq üçün məhsullar, xidmətlər, maliyyələşdirilmə, məsləhətləşmələr, aktivlərin təminatı və tənzimlənməsi istiqamətində mövcud insan kapitalı və digər resurslarla müvafiq tədbirlərin görülməsi təmin edilməlidir. Ortamüddətli dövr üzrə fəaliyyət planlarında sektor üzrə növbəti illər ərzində qarşıya qoyulmuş hədəf və göstəricilər, bu hədəflərə uyğun müəyyən edilmiş tədbirlər, icra müddətləri, icrasına məsul şəxslər barədə məlumatlar öz əksini tapır. Fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin icrasının zəruriliyi əsaslandırılır.

Sektor strateji planın hazırlanmasına cavabdeh olan təşkilat tərəfindən növbəti il üzrə dəqiqləşdirilmiş və sonrakı üç il ərzində nəzərdə tutulan tədbirlər (o cümlədən, icrasına maliyyə vəsaiti tələb edilməyən tədbirlər) əsasında ortamüddətli dövrə xərclər və maliyyələşdirilmə mənbələri müəyyən edilir. Fəaliyyət planı çərçivəsində müəyyən edilmiş tədbirlərin icrasının həyata keçirilməsi üçün tələb edilən xərclər (insan kapitalı, maliyyə və maddi resurslar) hər bir tədbir üzrə ayrıca sətirdə göstərilməklə, fəaliyyət planı üzrə maliyyə hesablamaları bu Qaydaya uyğun olaraq aparılır və strateji plana əlavə edilir. Fəaliyyət planlarında müəyyən edilmiş tədbirlərin icrasının təmin edilməsi üçün təşkilat tərəfindən məsul şəxs təyin edilir. Hazırlanmış sektor strateji planlarının təsdiqi və onda dəyişikliklərin edilməsi sektorun inkişafına məsul olan təşkilat tərəfindən həyata keçirilir.

Büdcə təşkilatları bu Qaydaya uyğun olaraq sektor strateji planlarını mart ayının 1-dək Maliyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər.

Son xəbərlər
Digər xəbərlər