18 C
Baku
Thursday, April 18, 2024

Maliyyə çətinliyinin öhdəsindən necə gəlmək olar?

Maliyyə çətinliyinin öhdəsindən necə gəlmək olar? Burada sual yalnızca maddiyat ilə deyil, insanın psixoloji rahatlığı ilə də bağlıdır. Psixoloji cəhətdən maliyyə çətinliyi kimi bir problemin öhdəsindən necə gəlmək olar?

Lazımsız xərclərə “Yox” deyin: Psixoloji nöqteyi-nəzərdən marketoloqların “spontan alış-veriş” adlandırdıqları düşünlməmiş alış-verişlərdən və xərclərdən uzaq olmaq lazımdır. Mağazaya daxil olduqda buradan yalnızca mühüm və hazırda sizin üçün ən vacib olan məhsulu əldə edin. Bunun üçün isə, mağazaya getmədən öncə alınacaq vacib məhsulların siyahısını tərtib etməyiniz məsləhətdir. Bu son nəticədə sizi lazımsız alış-veriş etməkdən yayındırmış olacaq.

Özünü təkmilləşdirmə ilə məşğul olmaq: Burada özünütəkmilləşdirmə dedikdə yeni ixtisas tapmağa çalışmaq, hər hansı aktual olan əcnəbi dil öyrənmək və yaxud hər hansı bir professional bacarıq əldə etmək nəzərdə tutulur. Bunu isə işəgötürən şəxs üçün deyil, özünüz üçün edin. Çünki bu proses uzun müddətli və bir o qədər də bahalıdır. Və heç kəs təlimin sonunda sizin mütləq olaraq yeni işə qəbul olunacağınıza və yüksək əmək haqqı alacağınıza zəmanət daşımır. Böhran vəziyyətində insanın professional olaraq inkişaf etdiyini hiss etməsi onun üçün çox qiymətlidir.

Kredit götürməmək: Maliyyə çətinliyi ilə üzləşdikdə heç bir halda kredit götürmək məsləhət deyil. Böhran vəziyyətində ətrafınızda çoxları sizi “çox əlverişli şərtlərlə” kredit götürməyə sürükləyə bilər. Lakin onlara uymamağa çalışın. Birincisi, böhran zamanı banklarda kredit faizləri adi halda olduğundan daha yüksək olur. İkincisi isə, daim ödəməli olduğunuz borc haqqında düşünmək psixoloji cəhətdən zərbədir.

Sosial şəbəkələr çox aludə olmayın: bacardığınız qədər sosial şəbəkələrdən uzaq olun. Çünki aylar və illər keçdikdə sosial şəbəkələrdə aqressiya, kin və digər mənfi xarakterli cəhətlər artmaqdadır. Bundan əlavə, sosial şəbəkələr bizi ətrafımızdakı insanlarla real ünsiyyətdən uzaqlaşdırır və bu xoşbəxtlikdən məhrum edir. Unutmayın ki, insanlarla real ünsiyyət vasitəsilə böhran kədərindən qurtulmaq daha asandır.

Özünüzü yoxsul hesab etməyin: Yadda saxlayın ki, yoxsul nəyisə olmayan deyil, nəyisə çatışmayan şəxsdir. Təəssüflər olsun ki, reklam təzyiqləri və insanlar arasında yayılmış “glamur xəstəliyinə” görə hazırda bir çox şəxslər özünü “səfil” hiss edir.  Bizə daim kiməsə – şou-biznes nümayəndələrinə, siyasətçilərə, oliqarxlara həsəd aparmaq aşılanır. Unutmayın ki, qlobal iqtisadiyyat “bədbəxt” insanlarla qidalanır.

Son xəbərlər
Digər xəbərlər