-1 C
Baku
Sunday, December 15, 2024

Malta əcnəbilərə “qızıl pasport” ların verilməsi şərtlərini sərtləşdirəcək

Malta hökuməti 2020-ci ilin sonunda investisiya müqabilində “qızıl pasport” ların verilməsi şərtlərini sərtləşdirə bilər. Belə ki, Malta pasportu almaq istəyən əcnəbilərin adada əmlak alqı-satqısı və ya kirayə haqqını ödəməli olduqları məbləğ artacağı gözlənilir.

Banker.az xəbər verir ki, bu barədə parlamentin vətəndaşlıq məsələləri üzrə katibi Aleks Muskat yerli “The Sunday Times” qəzetinə verdiyi müsahibədə bildirib.

Xatırladaq ki, hal-hazırda Maltada 2014-cü ildə qəbul edilmiş “Fərdi investor proqramı” (Individual Investor Programme) qüvvədədir, bu proqram 1800 ədəd  “qızıl pasport” un verilməsini nəzərdə tutmuşdur. Səlahiyyətlilərin verdiyi məlumata görə, bu günə kimi proqram xəzinəyə 1,3 milyard avro gəlir gətirib.

Aleks Muskat bildirir ki, “qızıl pasport” almaq üçün 350 min avro dəyərində əmlak almaq və ya ildə 16 min avro kirayə haqqını ödəmək tələb olunur. Ölkədə yaşayış yerlərinin qiymətlərin artması fonunda minimum məbləğin artırılması gözlənilir.

Avropa Komissiyası “qızıl pasport” lar proqramının təhlükəsizlik, çirkli pulların yuyulması, vergilərdən qaçma və korrupsiya sahəsində əlavə risklər yaratdığını dəfələrlə qeyd edib.

2019-cu ildə Maltada prezident vəzifəsinə yeniliklər vəd edən Kris Firn seçilsə də, investisiya müqabilində vətəndaşlıq almaq sxeminə heç bir dəyişiklik edilmədi.

Son xəbərlər
Digər xəbərlər