8 C
Baku
Thursday, December 12, 2024

Manat üçün önəmli olan neftin qiymətidir, FED-in qərarı deyil

ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini mümkün artırmasının inkişaf etməkdə olan ölkələrin valyutalarına, o cümlədən Azərbaycan manatına mənfi təsiri az olacaq. İnkişaf etməkdə olan ölkələrdən kapital axını bu ölkələrdə dollara ödənilən yüksək faiz səbəbindən minimal səviyyədə olacaq. Nəticədə, inkişaf etməkdə olan ölkələrin yerli valyutalarına təzyiqlər aşağı səviyyədə qalmaqda davam edəcək.

Oxşar yazı: Psixoloji hədd: Rusiyada dollar və avro rubla qarşı əriyir

Buna baxmayaraq, Azərbaycanda bankların dollar depozitləri üzrə ödəndiyi faizlərin bir qədər sonra artırılması məsələsi gündəmə gələ bilər. Buna səbəb, FED-in uçot dərəcəsinin yaxın illərdə Azərbaycanda dollara ödənən faiz həddinə yaxınlaşması olacaq. Bu zaman yerli və xarici investorlar ABŞ istiqrazlarına investisiya etməyə üstünlük verə bilər.

Reportun analitikləri son günlər ABŞ dollarının qlobal valyuta bazarında möhkəmlənməsinə baxmayaraq, inkişaf etməkdə olan ölkələrdə onun ucuzlaşmasını müşahidə edir: “Bu, getdikcə ABŞ dolları ilə inkişaf etməkdə olan ölkələrin valyutaları arasında tərs korrelasiyanın əmələ gəldiyini göstərir. Belə ki, dollar avroya nisbətən 3%-ə yaxın gücləndiyi halda, türk lirəsinə qarşı 8%, rubla qarşı 7,5%, manata qarşı 10%-ə yaxın zəifləyib. İnvestorlar bu kateqoriyadan olan ölkələrin valyutalarına investisiya yatıraraq yüksək faizlərdən böyük mənfəət əldə edirlər”.

Oxşar yazı: FED üzvləri arasında fikir ayrılığı yaranıb

Analitik qrup bildirir ki, manat üçün ən önəmli amil neftin qiymətidir ki, onun da 2017-ci ildə orta qiymətinin 55 dollar/barel olacağı ehtimal edilir.

Son xəbərlər
Digər xəbərlər