12 C
Baku
Wednesday, December 11, 2024

Manatın təkamül tarixi

Milli manatımız artıq 21 ildir ki, Azərbaycan vətəndaşlarının gündəlik həyatında iştirak edir və lüğətimizdən silinib getmir. Hər birimizin həyatı onunla sıx bağlı və əlaqəlidir.

Bəs o necə yaranıb və nəyə görə məhz “manat”?  “Manat” sözünün mənası rus “монета” sözündən yaranıb. Bu “монета” sözü isə özlüyündə latın “moneta” sözündən yaranıb. Latın dilindən tərcümədə isə bu “məsləhətçi” deməkdir.

Azərbaycan milli valyutası “manat” adlanan yeganə ölkə deyil. İkinci belə bir ölkə Türkmənistandır.

man

Azərbaycan ərazisində ilk banknotlar Azərbaycan rublu idi. Aşağıda gördüyünüz ilk buraxılan Azərbaycan rubllarıdır (1919-cu il). Bu dövrdə sikkələr buraxılmırdı və dövriyyədə yalnız kağız banknotlar var idi.

sgüg

İkinci dəfə buraxılan Azərbaycan rublları (1919-cu il).

jjjj

1923-cü ildə Zaqafqaziyada pul islahatı aparılır. Nəticədə də Zaqafqaziyada pul dövriyyəsi birləşdirildi və yeni Zaqafqaziya rublu yaradıldı.

8645712769_2494c0683c_b

1992-ci ildə Azərbaycan Respublikasının prezidentinin əmri ilə ölkənin Milli bankı yaradılır. Bu da manatın yaranmasının başlanğıcı olur. Elə bu zaman 1993-95-ci illərin banknotları peyda olur. Düzdür, o dövrdə istifadə olunan manat bu günkü günümüzdəkindən keyfiyyətcə aşağı səviyyədə idi. Çox istifadə olunmaqdan artıq bir neçə aya qaralır və əzilirdi.

1994-cü ilin 1 yanvarından etibarən manat yeganə ödəniş vasitəsinə çevrilir. Bu banknotların dizaynı Fransa Milli bankı tərəindən yaradılmış və orada çap edilmişdir.

8646866366_35ba0d54d1_b

2001-ci ildə 1000 manatın yeni dizaynı yaradılır. Dizayn İngiltərənin “De La Rue” şirkəti tərəfindən yaradılmışdı. Bu banknotun üzərində milli ornamentləri görmək mümkündür. Bu pullar 2006-cı ilə qədər dövriyyədə qalıb.

8645807793_a36f96e4f2_b

Aşağıda gördükləriniz isə müvəqqəti Azərbaycan manatlarıdır (1993-cü il). Onlar sertifikatlar qismində tamamlanmış və Moskvada çap edilmişdi.

8646824404_0f3f3da0e1_b

2005-ci ildə yeni növ banknotlar buraxılır. Banknotlar 1, 5, 10, 20, 50 və 100 nominalında idi və 1 yanvar 2006-cı ildən etibarən dövriyyədədir. Nəticədə 5000 köhnə manat yeni 1 manatla əvəz edilir.  AZM abbreviaturası isə AZN-ə dəyişdirilir. Müasir Azərbaycan valyutası 6 növ qəpik və 6 növ banknotdan ibarətdir.

18 19 16 8647413595_b20e9bb289_b

2009-cu ildə Azərbaycanın Milli bankı öz adını banknotlar üzərində “Azərbaycan Mərkəzi Bankı” olaraq dəyişir.

2011-ci ildə Azərbaycan Maliyyə naziri ölkədə 2 və 3 manat dəyərində olan banknotların buraxılmasına hazır olduqlarını elan etmişdi.

8647376213_e78247ba19_b

Banknotların dizaynı və müasir seriyası avstriyalı dizayner-rəssam Robert Kalina tərəfindən hazırlanmışdır. O həmçinin avronun dizaynını da yaratmışdır.

8648689746_a924acca88_b

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.