23 C
Baku
Tuesday, May 28, 2024

“Manstein matrisası”  nədir?

Hazırda biznesin əsl müharibə ilə müqayisə edilməsi adi hal alıb. Müharibə jarqonu zamanla şirkət rəhbərlərinin lüğət ehtiyatına daxil olub və hazırda professional terminologiyanın ayrılmaz bir hissəsidir. Burada hərbi leksikon nəinki menecmentin söz ehtiyatını genişləndirir, həmçinin faydalı ideyalar da qazandırır.

Burada ən parlaq nümunə olaraq dünyanın biznes cəmiyyətində fəal olaraq istifadə olunan Manstein matrisasını göstərmək olar. Onun yaradıcısı isə alman general Erich von Manstein (1887-1973) 1941-ci ilin yayında Qırmızı Ordunun arxa cəbhəsindən keçməsi (200 kilometri 5 gün ərzində) ilə Stalini panika vəziyyətinə salması ilə məşhurdur. O II Dünya müharibəsi zamanı özünü professional sərkərdə və böyük strateq kimi göstərməyi bacarmışdı. Bundan başqa, o lazımi insanları seçməyi bacarırdı.

General demişdi: “4 növ zabit vardır. Birinci növ – axmaq və tənbəl zabitlərdir. Onlar zərərsizdirlər, ona görə də onları rahat buraxın. İkinci növ – əməksevər və ağıllı zabitlərdir. Onlar qərargahın ən yaxşı işçiləri ola bilərlər, çünki ən xırda detallar belə onların gözündən qaçmayacaq. Üçüncü növ – axmaq və əməksevər zabitlərdir. Onlar təhlükəlidirlər, çünki tabeliyində olan insanları lazımsız işlə yükləyirlər. Buna görə də onları yerindəcə güllələmək lazımdır. Dördüncü növ isə – ağıllı avaralardır. Onları inamla yüksək vəzifələrə təyin etmək olar”.

Manstein matrisasını təcrübədə də istifadə etmək bir o qədə effektivdir. Müəllifin çatdırmaq istədiyi əsas fikir – əməksevərliyin özlüyündə məqsədə nail olmaya zəmanət vermədiyidir. Burada ən böyük təhlükəni axmaq əməksevərlər daşıyır. Belə ki, onlar kollektivi lazımsız işlə yükləyir, tez-tez və çox kobud səhvlərə yol verirlər. Öyrənmək istəmirlər. Təşəbbüs göstərdiklərində isə zərər bir neçə dəfə artır. Nəticədə belə insanların gördükləri işi daha sonradan digər insanlara yenidən etdirmək lazım gəlir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər