10 C
Baku
Wednesday, December 11, 2024

Mark Tvenin dahi kəlamları

İnsan özündən razı olmadıqca, həyatından da razı ola bilməz.

Yaş – yalnızca beynimizdə formalaşmış anlayışdır. Əgər onun haqqında düşünmürsünüzsə, demək o mövcud deyil.

Bütün problemləri beyninizdən çıxarın. Qulaqlarınızı tutub, fikirlərdən və problemlərdən qaçın və yaxud istənilən vasitə ilə onlardan xilas olun.

Özünə inamı bərpa etməyin ən yaxşı üsulu başqa birini də cəsarətləndirməkdir.

Yaxşı dostlar, yaxşı kitablar və rahat vicdan – bax, budur ideal həyat.

Yalnız iki növ müdrik insan var: bunlardan biri özünə qəsd edir, digəri isə fikirlərinin səsini batırmaq üçün daima içki içir.

Hər zaman doğrunu danış və dediklərini yadda saxlamaq məcburiyyətində olmayacaqsan.

Əsl dost sən haqlı olmayanda sənin yanında olandır. Çünki haqlı olduqda istənilən şəxs sənin yanında olacaq.

Özünüzə olan inamınızı zəiflətməyə çalışan insanlardan uzaq durun. Bu aciz insanlara xas xüsusiyyətdir. Əksinə olaraq, dahi insanlar sizi özünüzün də dahi ola biləcəyinizə inandıracaqlar.

Çoxluğun tərəfində olduğunuzun fərqinə vardınızsa, bu o deməkdir ki, artıq dəyişmək vaxtıdır.

Son xəbərlər
Digər xəbərlər