13 C
Baku
Tuesday, May 7, 2024

Marketinqin “sehirli” sözləri

Pulsuz

Bu söz sözün əls mənasında sehirli təsirə malikdir. Məsələn tərkibində “pulsuz” ifadəsindən istifadə edilən online reklamlar digərlərindən fərqli olaraq daha çox baxış sayı qazanır. Bu sözlə zənginləşdirilən istənilən mətn daha çox diqqət cəlb edir.

Endirim

Bir çox hallarda endirimin artıq effektliyini itirdiyini və ümumiyyətlə biznesə zərər vurduğunu deyirlər. Lakin fakt fakt olaraq qalır. Endirimlər işə yaramağa davam edir və bir çox insanlar lazımi şirkəti seçərkən ilk olaraq endirimin olub-olmamasına diqqət edirlər.

Necə də rahatdır?!

“Yeni KIA avtomobilində səyahət etmək necə də rahatdır!” və artıq siz özünüzü sükan arxasında uzun-uzadı mənzərəli yollarda xəyal edirsiniz. “Rahat” sözü insanları ruhən sakitləşdirir və bəzən hətta insanın sifariş verməsində katalizator rolunu oynayır.

Təsəvvür edin!

Bu sözlə müştərinin artıq məhsulu aldığı, hazır məhsulu əlində tutduğu təəssüratını yaradırıq.

Ona görə ki…

“Ona görə ki” ifadəsi güclü şəkildə əmin etmək qabiliyyətinə sahibdir. Bu zaman bunun hansı nəticəyə gətirib çıxardığı vacib deyil. Vacib olan səbəbdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər