Marketoloq, Bölmə rəhbəri.
İş barədə məlumat:
- Elektron bank məhsullarının inkişaf etdirilməsi və bu istiqamətdə satışın artırılması
- Yeni innovativ məhsulların tətbiq edilməsi məqsədilə bazar araşdırmalarının aparılması və təkliflərin verilməsi
- Elektron bankçılıq üzrə təqdim edilən xidmətlərin çeşidinin artırılması, xidmət səviyyəsinin artırılması, lazımi araşdırmaların aparılması və təkliflərin hazırlanması
- Digər elektron tətbiqetmələr (application) üzrə təkliflərin verilməsi və xidmət çeşidinin artırılması istiqamətində işlərin aparılması
- Plastik kart məhsullarının satışının artırılması və yeni bank kartı məhsullarının yaradılması
- Bank kartları üzrə əlavə xidmətlərin tətbiqi istiqamətində işlərin görülməsi
- Bank kartları infrasturkturunun daha da inkişaf etdirilməsi üzrə daim təkliflərin verilməsi
- Mastercard, VISA və digər sistemlərin tətbiqi və ya bu istiqamətdə xidmətin genişləndirilməsi üzrə təkliflərin verilməsi
- Əmək haqqı: razılaşma yolu ilə müəyyən ediləcəkdir
Namizədə tələblər:
- Yaş əddi: 25 – 35 arası
- Təhsil: Ali
- İş təcrübəsi: 3 ildən 5 ilə qədər
- Təşkilatçılıq və idarə etmə bacarığı
- Analiz etmə və zamanında qərar qəbul etmə bacarığı
- Yüksək ünsiyyət və komandada problemsiz işləmə bacarığı
- Biznes danışıqları aparmaq bacarığı
- Kreativ layihələrin reallaşdırılması bacarığı
- Strateji təhlil və proqnozlaşdırma bacarığı olmalıdır
CV-lərinizi [email protected] e-mail ünvanına göndərərkən mövzu hissəsində “Marketinq /Banker.az” sözünün qeyd edilməsi mütləqdir.