16 C
Baku
Thursday, May 2, 2024

Mask İsrail liderləri ilə görüşəcək

Amerikalı sahibkar İlon Mask İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və Baş naziri Binyamin Netanyahu ilə görüşəcək.

Maskın Prezidentlə görüşü bazar ertəsi baş tutacaq. Tədbirdə həmçinin qohumları Qəzzada HƏMAS-ın girovluğunda olmuş şəxslər iştirak edəcək. Hersoqun ofisi qeyd edib ki, görüşdə Prezident “internetdə yüksələn antisemitizmlə mübarizədə hərəkətə keçməyin vacibliyini” vurğulayacaq.

Bununla yanaşı, amerikalı milyarder Yaxın Şərq ölkəsinin Baş naziri Binyamin Netanyahu ilə görüşməyi və HƏMAS-ın hücumuna uğramış Qəzza ilə həmsərhəd yaşayış məntəqələrini ziyarət etməyi planlaşdırır.

Qeyd edək ki, İlon Maskın yəhudi dövlətinə səfəri ünvanına səslənən antisemitizm ittihamları fonunda baş tutacaq. Daha öncə “The New York Times” Maskın “X”inin bu dalğada milyonlarla gəlirdən məhrum ola biləcəyinə dair xəbər yaymışdı.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər