14 C
Baku
Saturday, November 23, 2024

Mask: “Maşınların üsyanının qarşısını almaq üçün əlimdən gələni edəcəyəm”

Bu ilin sonuna kimi “Tesla”nın rəhbəri İlon Mask brendin elektrik avtomobillərinin avtopilotu əsasında süni intellekt platformasından istifadə edəcək “Tesla Bot” robotunun ilk prototipini təqdim edəcəyini vəd edib. Eyni zamanda şirkət “maşınların üsyanı” kimi ssenarilərin qarşısını almaq üçün əlindən gələni edəcəyini bildirib.

Banker.az xəbər verir ki, ehtiyat tədbiri kimi milyarder robotlara nəzarətin demərkəzləşdirilməsini vurğulayıb. Bu, onların bəşəriyyətə qarşı kütləvi üsyanda mütəşəkkil iştirakını istisna etməyə imkan verəcək.

Maskın sözlərinə görə, “Tesla” ümumi təyinatlı süni intellekt” və ya “güclü süni intellekt”in yaradılmasına mühüm rol oynaya bilər ki, bu da onun nəzarəti altında olan maşınlara insan zehni səviyyəsində əqli qabiliyyətlərə yiyələnməyə kömək edəcək.

Daha əvvəl “Tesla”nın rəhbəri etiraf etmişdi ki, insanabənzər robotlar özünəməxsus xüsusiyyətləri əldə edə biləcəklər və bəzi iş növlərində insanları əvəz etməklə doğum səviyyəsinin aşağı düşməsini kompensasiya edəcəklər.

Son xəbərlər
Digər xəbərlər