İlon Mask “X” sosial şəbəkəsinin yazılar yaratmaq, qeydlər əlavə etmək, digər yazıları bəyənmək və şərh etmək kimi funksiyalara görə ödəniş almağa başlamaq niyyətində olduğu barədə xəbərləri təsdiqləyib. Bu barədə o, şəxsi səhifəsində yazıb.
Mask daha sonra pullu funksiyaların yalnız yeni istifadəçilərə şamil ediləcəyini bildirib və əlavə edib ki, “üç aydan sonra onlar platformadan pulsuz istifadə edə biləcəklər”.
Mask konkret məbləğ hələ açıqlamayıb. Lakin ötən ilin oktyabr ayından belə bir ödəniş artıq Yeni Zelandiya və Filippindən olan istifadəçilərə tətbiq edilib. Müvafiq olaraq ödənişlər ildə 1.43 NZD və 42.51 PHP təşkil edib.
“X Corp.” – 2023-cü ildə İlon Mask tərəfindən qurulan Amerika şirkətidir. İyul ayında rebrendinq baş verib – “Twitter” sosial şəbəkəsinin loqosu və adı dəyişərək “X” ilə əvəz olunub.