Tviter şirkətinin səhmləri amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın şirkətin alışı ilə bağlı müqaviləyə xitam verməsindən sonra 3,37 dollar (9,15%) ucuzlaşıb.
Bunu Nyu-York Fond Birjasında keçirilən hərracların məlumatları əks etdirir.
Səhmlərin qiyməti 33,48 dollar təşkil edib. Ticarətin açılışında eniş 5%-dən çox olub. Qısa müddət sonra ucuzlaşma 7%-i, daha sonra sonra 9%-i keçib.
Qeyd edək ki, Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask Tvitter şirkətinin alışı ilə bağlı müqaviləyə xitam verib. Maskın vəkilləri artıq Tvitter şirkətinin hüquq departamentinə müvafiq bildirişi göndəriblər.