5 C
Baku
Saturday, December 14, 2024

Maskın “Twitter”i almasından sonra şirkətdə ixtisarlar başlayıb

Amerikalı iş adamı, “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Maskın “Twitter”i satın almasından sonra şirkətdə ixtisarlar başlayıb.

Hadisə şahidləri “Twitter”in işçiləri olduqlarını iddia edən şəxslərin əllərində qutularla şirkətin San-Fransiskodakı baş qərargahını tərk etdiklərini bildiriblər.

Nəşr şirkətin ofisini tərk edən şəxslərin kimliyini müəyyən edə bilməyib. Bununla belə, agentlik bəzi mənbələrə istinadən bildirib ki, Mask satınalma müqaviləsi bağlandıqdan dərhal sonra iş yerlərini ixtisar etməyə başlayıb.

Məlumata görə, baş icraçı direktor Paraq Aqraval və maliyyə direktoru Ned Siqal da işdən çıxarılıb.

Bundan əlavə, bəzi əməkdaşların noyabrın 2-nə planlaşdırılan işçilərlə görüşə dəvət almadığı məlum olub.

Son xəbərlər
Digər xəbərlər