6 C
Baku
Sunday, December 15, 2024

“Mastercard”: “Azərbaycanda xərcləmələrin 25 %-i rəqəmsallaşıb”

Hazırda Azərbaycanda xərcləmələrin rəqəmsallaşma göstəricisi təxminən 25%-dir.

Bunu “Mastercard” beynəlxalq ödəniş sisteminin Azərbaycan və Türkiyə üzrə Baş Direktoru Avşar Gürdal təmsil etdiyi qurumla əməkdaşlıq çərçivəsində, “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi, Azərbaycan Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.

“Bu rəqəm 7 il əvvəl cəmi 8 % idi, qarşıdakı 3 ildə 50 %-ə yüksələcəyini düşünürük. Biz də çalışacağıq ki, texnologiyanın son yeniliklərini bazara təqdim etməkdə davam edək”, – deyə o, qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər