6 C
Baku
Sunday, December 15, 2024

“Mastercard” kiçik biznes üçün komissiyanı aşağı salır

“Mastercard” banklara 21 yanvar 2021-ci ildən etibarən kiçik biznes üçün xüsusi tarif tətbiq etdiyini açıqlayıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, “Tap on Phone” texnologiyası vasitəsilə ödəniş edərkən komissiya cəmi 1% təşkil edəcək.

Ödəniş sistemi mikrobiznesə dəstək olmaq və müştəri auditoriyasını genişləndirmək istəyir ki, bu da müştərilərin smartfonlarla təmassız ödənişlərə artan tələbatını nəzərə alır.

Ekspertlər bu texnologiyanın tarifləri 2%-dən çox olan klassik ekvayrinqdən daha ucuz olduğunu hesab edirlər.

Nəşrin qeyd etdiyi kimi, Rusiyanın “Sberbank”, “VTB”, “Alfa-bank” və digər bankları “Tap on Phone” texnologiyası ilə bağlı öz həllərini təklif edib.

Son xəbərlər
Digər xəbərlər