15 C
Baku
Friday, April 26, 2024

Mastercard süni intellektlə məşğul olan şirkəti əldə etdi

Banker.az xəbər verir ki, Mastercard şirkəti fırıldaqçılıq hallarının aşkar edilməsi bacarıqlarını inkişaf etdirmək niyyətindədir.

Süni intellekt üzrə ixtisaslaşmış Brighterion şirkətinin əldə edilməsi isə ödəniş sisteminə bu məqsədə nail olmaqda kömək edəcək. Müqavilənin maliyyə tərəfləri hələ ki açıqlanmır.

Baş qərargahı San-Fransiskoda yerləşən Brighterion şirkəti süni intellekt və maşın təlimi sahəsində geniş məhsul spektrı təklif edir.

Brighterion istehsalı olan məhsullar artıq milli təhlükəsizlik, çirkli pulların yuyulması ilə mübarizə, məlumatların təhlükəsizliyi, marketinq, ticarət və səhiyyə sahəsində istifadə olunur.

Mastercard şirkətinin təhlükəsizlik departamentinin prezidentinin sözlərinə görə, Brighterion şirkətinin əldə edilməsi ödəniş sisteminin müştərilərə xidmət keyfiyyətinin artırılması üçün imkanlarını genişləndirəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər