16 C
Baku
Saturday, April 20, 2024

Masterpass artıq Azərbaycanda! E-PUL Mastercard vasitəsilə Masterpass layihəsinə qoşuldu

E-Pul.az onlayn ödəniş sistemi daha bir ilkə imza atdı. Ölkə ərazisində ilk dəfə olaraq, öz istifadəçilərinə Mastercard vasitəsilə Masterpass kart kisəsinə qoşulma imkanı verdi. Artıq istifadəçilərin hər dəfə ödəniş zamanı kart məlumatlarını daxil etməsinə ehtiyac olmayacaq.

Qeydiyyatdan keçmiş istifadəçilər üçün Masterpassın təhlükəsiz mühitində kartı saxlamaq kifayətdir, mobil telefon nömrəsi ilə yoxlama olunduqdan sonra istifadəçi bir toxunuşla veb-sayt və ya mobil tətbiqlər vasitəsilə E-Pul.az-ın təqdim etdiyi xidmətlər üzrə ödəniş edə bilər. (Əsas səhifə/hesablarım/kart əlavə et) Ətraflı Məlumat: http://blog.e-pul.az/?p=902

Şirkətin rəhbəri  Samir Nasibov yeni layihə ilə bağlı fikirlərini bildirmişdir:  “Sistemə daxil olarkən az məlumatın tələb olunması, ödəniş sisteminin üstünlüyünə dəlalət edir. Eləcə də bu fakt müntəzəm olaraq istifadəçi sayının artmasına müsbət təsir göstərər. Masterpass platforması vasitəsi ilə ödənişlər daha sürətli, daha təhlükəsiz, daha rahat həyata keçir. Məlumatlar qorunur və təhlükəsizliyə tam əminlik yaranır.”

E-Pul.az platforması Masterpass layihəsi çərçivəsində 05.12.2018-ci il tarixindən etibarən  #birlikdeodeyek kampaniyasına start vermişdi.  Masterpass sistemində kartını yaddaşda saxlayan hər bir istifadəçi E-Pul.az-da minimum 5AZN məbləğində yerinə yetirdiyi kommunal və mobil ödənişlərdə 3 AZN endirim əldə edəcək.

Yenilikləri ilə daim diqqətdə olan portal nağdsız ödənişlərlə bağlı fərqli layihələr üzərində çalışır.

Son xəbərlər
Digər xəbərlər