Rusiya biznesi Azərbaycan bazarına böyük maraq göstərir. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko deyib.
“Ölkənizlə əməkdaşlığa böyük marağın olduğunu bilirəm, çünki sizdə sabitlikdir, siyasi, sosial vəziyyət stabildir, ölkənin yaxşı iqtisadi inkişaf səviyyəsi var”, – V.Matvienko Azərbaycan prezidenti İlham Əliyev ilə Bakıda keçirilən görüşdə bildirib.
O qeyd edib ki, Azərbaycan ərazisində 700-ə yaxın Rusiya kapitalı ilə müəssisə fəaliyyət göstərir, onların 200-ü – 100% Rusiya kapitalına malikdir.
“Əlbəttə ki, burada Rusiya biznesinə yer olmalıdır”, – V.Matvienko vurğulayıb.
O, həmçinin RF prezidenti Vladimir Putinin salamını və ən yaxşı razularını İ.Əliyevə çatdırdı. Öz növbəsndə, İ.Əliyev V.Matvienkodan xahiş etdi ki, rusyalı həmkarına salamlarını çatdırsın.