26 C
Baku
Tuesday, April 30, 2024

Mayda Azərbaycan OPEC kvotasını 73 % istifadə edib

Bu ilin may ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 612 min barel olub.

Banker.az-ın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunun 500 min barelini xam neft, 112 min barelini isə kondensat təşkil edib.

Bununla da Azərbaycan OPEC kvotasını 73,1 % istifadə edib.

Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər