10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

MBA ixtisasına qəbul olmaq üçün IELTS nə qədər olmalıdır?

Biznes məktəblər dünyanın müxtəlif yerlərindən gələn tələbələrə əmək bazarında ən çox tələb olunan ixtisaslar üzrə təhsil almaq imkanını verirlər. 

Bildiyimiz kimi, dünyaca məşhur olan məktəblərdə tədris əsasən ingilis dilində aparılır və bu halda xarici tələbələr onların dil biliklərini təsdiqləyən sertifikatlar təqdim etməli olurlar. Məsələn, İngiltərənin aparıcı biznes məktəblərində, eləcə də Almaniyadakı dünya səviyyəli universitetlərdə IELTS nəticələrinə xüsusi tələblər var (dinləmə, oxu, yazı və danışıq – hər birinə ayrl-ayrılıqda). 

International English Language Testing System (IELTS) sertifikatları bütün dünya ölkələrində tanınır və ya daha dəqiq desək, 10 mindən çox təhsil müəssisəsi bu sənədi ingilis dili səviyyəsinin təsdiqi kimi qəbul edir. İngilis dilli olmayan ölkələrdə yerləşən çox sayda universitet, bu dildə tədris olunan proqramlara qəbul olmaq istəyən namizədlərdən IELTS imtahanının nəticələrini tələb edir. 

Ümumilikdə, IELTS imtahanlarının iki növü var: IELTS AcademicIELTS General Training. Namizədlərin əksəriyyəti beynəlxalq proqramlara qəbul olmazdan əvvəl akademik variantı seçir. Buna baxmayaraq, əvvəlcə təhsil almaq istədiyiniz universitetin hansı şərtlər irəli sürdüyünü aydınlaşdırmaq vacibdir. 

Dünyanın ən məşhur biznes məktəblərində IELTS nəticələrinə irəli sürülən tələblər:

ABŞ-da IELTS nəticələrinə tələblər

Amerika məktəbləri əsasən sahibkarlıqla əlaqəli sahələrdə karyera qurmaq istəyən tələbələri cəlb edir. Keyfiyyətli təhsil təklif edən bütün məşhur universitetlər kimi, ABŞ-ın da biznes məktəblərində IELTS nəticələrinə müəyyən tələblər var. 

ABŞ-ın aparıcı biznes məktəbləri

image1 2

Qeyd: Cədvəldə minimal keçid balları göstərilib. Müxtəlif proqramlarda göstəricilər fərqli ola bilər. 

Birləşmiş Krallıqda IELTS nəticələrinə tələblər

Bildiyimiz kimi, Böyük Britaniya ali təhsilin yüksək keyfiyyəti ilə seçilən ölkələrdən biridir. Təəccüblü deyil, lakin ingilis məktəblərinə də qəbul olmaq üçün çox vaxt IELTS tələb olunur.

Böyük Britaniyanın aparıcı biznes məktəbləri

unnamed

Qeyd: Cədvəldə minimal keçid balları göstərilib. Müxtəlif proqramlarda göstəricilər fərqli ola bilər.

Avstraliyada IELTS nəticələrinə tələblər

Kenqurular ölkəsinin təhsil müəssisələrinə hər il minlərlə tələbə qəbul olur. Dünyanın hər yerindən gələn gənc ağıllar, təcrübəli müəllimlərin rəhbərliyi altında müvafiq peşə bacarıqları qazanmaq üçün Avstraliyaya yollanırlar. 

Avstraliyanın aparıcı biznes məktəbləri

image2 1

Qeyd: Cədvəldə minimal keçid balları göstərilib. Müxtəlif proqramlarda göstəricilər fərqli ola bilər.

Almaniyada IELTS nəticələrinə tələblər

Hər il bu Qərbi Avropa ölkəsi minlərlə xarici tələbə qəbul edir. Qeyd edək ki, digər ölkələrlə müqayisədə Almaniyada təhsil daha əlçatandır. Bundan əlavə, oradakı biznes məktəblər tələbələrinə biznes və digər sahələrdə əsas nəzəri və praktiki biliklər qazandırmağı bacarır. 

Almaniyanın aparıcı biznes məktəbləri

image4

Qeyd: Cədvəldə minimal keçid balları göstərilib. Müxtəlif proqramlarda göstəricilər fərqli ola bilər.

Kanadada IELTS nəticələrinə tələblər

Kanada universitetləri və biznes məktəbləri tələbələrə ümumbəşəri bacarıqların inkişafına əsaslanan dünya səviyyəli təhsil təklif edirlər: tənqidi düşüncə, komandada işləmək, insanlarla münasibət qurmaq və s. Kanada məktəblərinin diplomları bütün düynada yüksək qiymətləndirilir və biznes sahəsində sürətli karyera artımına zəmanət verir. 

Kanadanın aparıcı biznes məktəbləri

unnamed 2

Qeyd: Cədvəldə minimal keçid balları göstərilib. Müxtəlif proqramlarda göstəricilər fərqli ola bilər.

Biznes məktəblərin əksəriyyəti tələbələrdən 6.5 və daha yüksək bal toplamağı tələb edir (dinləmə, yazı, oxu və danışıq üzrə ayrı-ayrılıqda 6.0). Lakin buna ümumi bir qayda demək olmaz, çünki hər bir müəssisə öz standartlarını təyin edir. 

Daha ətraflı məlumat əldə etmək üçün (və ya axtardığınız biznes məktəb bu siyahılarda yoxdursa) oxumaq istədiyiniz universitetlə əlaqə saxlayın və ya onun rəsmi veb saytına baxın.

Son xəbərlər
Oxşar xəbərlər